Icma.az
close
up
RU
İran Trampın hansı tələbini rədd edib? “Rejimin liderləri və nüvə obyektləri hədəf alınacaq”

İran Trampın hansı tələbini rədd edib? “Rejimin liderləri və nüvə obyektləri hədəf alınacaq”

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vaşinqton və Tehran arasında İranın nüvə proqramının və ballistik raket istehsalının məhdudlaşdırılması ilə bağlı ilkin danışıqlar nəticə vermədiyindən ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni böyük zərbə endirməyi düşünür.

“AzPolitika” xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Ağ Ev etirazların yatırılmasında və etirazçıların öldürülməsində məsul hesab etdiyi İran liderlərinə və təhlükəsizlik qüvvələrinə qarşı hava hücumları əmri verəcək. Bundan əlavə, ABŞ qüvvələri İranın dövlət qurumlarını və nüvə obyektlərini hədəfə ala bilər. Tramp hələlik əlavə tədbirlər barədə yekun qərar verməyib, lakin “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi qrupun Yaxın Şərqə göndərilməsi güc tətbiqi ehtimalını xeyli artırıb.

Hərbi əməliyyat təhdidləri fonunda ABŞ İran rəsmiləri ilə görüş üçün ilkin şərtlər irəli sürüb. CNN mənbələrinə görə, bunlara uranın zənginləşdirilməsindən imtina etmək, ballistik raket proqramının məhdudlaşdırılması və regionda İranın proksi qüvvələrinə dəstəyin dayandırılması daxildir. Lakin ən problemli məsələ ABŞ-nin İrandan ballistik raketlərinin uçuş məsafəsini məhdudlaşdırması tələbidir. CNN mənbələrinə görə, Tehran bu tələbi rədd edib və yalnız nüvə proqramını müzakirə etməyə hazırdır. CNN mənbələrindən birinin qeyd etdiyi kimi, Tramp Tehranı ABŞ tələblərini qəbul etməyə məcbur etmək üçün güclü bir zərbə endirmək istəyir.

Bir gün əvvəl ABŞ Prezidenti İranı ölkənin nüvə obyektlərinə hücum edildiyi 2025-ci ilin yayından daha güclü bir zərbə ilə hədələyib. Buna cavab olaraq, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Tehranın ABŞ və İsrail ilə münaqişənin üçüncü mərhələsinə qədəm qoyduğunu bildirib. O, ilk iki mərhələ kimi 2025-ci ilin yayında baş verən 12 günlük müharibəni dekabr və yanvar aylarının əvvəllərində iqtisadi böhran fonunda baş verən kütləvi etirazları göstərib. İran xarici işlər naziri Abbas Əraqçi də vurğulayıb ki, ölkə istənilən təcavüzə "dərhal və güclü" cavab verməyə hazırdır.

“The New York Times” qəzetinin məlumatına görə, ABŞ-nin Yaxın Şərqdəki müttəfiqləri Tehrana hərbi zərbənin qarşısını almağa çalışırlar. Xüsusilə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb və "bölgədə təhlükəsizliyi və sabitliyi gücləndirən şəkildə mübahisələrin dialoq yolu ilə həll edilməsinə" çağırıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Yanvar 2026 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see440

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see274

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see209

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see204

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see187

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see186

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see185

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see176

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see175

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see155

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see155

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see152

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see148

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see142

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see138

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri