Icma.az
close
up
RU
İran üçün Azərbaycanla müsbət əlaqələr qurmaq nəfəslik rolu oynaya bilər RƏY

İran üçün Azərbaycanla müsbət əlaqələr qurmaq nəfəslik rolu oynaya bilər RƏY

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İki dost və qardaş ölkə olan Azərbaycan və İran arasında zaman-zaman meydana çıxan süni soyuqluğun aradan qalxacağına inanırıq".

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə bildirib.

"Əminik ki, bu anlaşılmazlıqlar qarşılıqlı hörmət və dialoq yolu ilə zamanla öz həllini tapacaq. Çünki bizi birləşdirən dəyərlər və ortaq tarix müvəqqəti çətinliklərdən daha güclüdür", - Səid Xətibzadə vurğulayıb.


Politoloq Tural İrfan Sherg.az-a bildirib ki, Azərbaycan həmişə qonşuluq, dostluq, ölkələr arasında münasibətlərin müsbət yöndə inkişafının tərəfdarı olub və apardığı siyasətdə də səmimi və sədaqət nümayiş etdirib:


"Hazırda da yürütdüyü siyasət nəticəsində həm regionda həm də dünyada öz müdrikliyini göstərir. İranla da ortaq dəyərləri, tarixi - mədəni keçmişimizi nəzərə alaraq demək olar ki, bu münasibətlərin yoluna düşməsində bir problem olmamalıdır. Təbii ki, İranın da buna ehtiyacı var. Qonşuluqda münasibətlərin yüksək olması çox şeyi həll edir. Son zamanlar İran və Azərbaycan aranda münasibətlərin müsbət mənada yüksəlməsi təqdirəlayiqdir. Zəngəzur dəhlizinə mane olmaqdan vaz keçməli olan İran təbii ki, müsəlman qonşusuna qarşı aqressiv müsbəti ilə özünü İslam aləmində də nüfuzdan salırdı. Ermənistana silah tədarükü, Azərbaycanda din adı ilə agentura şəbəkəsi qurmaq kimi qonşuluğa, müsəlmanlığa uyğun gəlməyən əməllər təbii ki, onun nüfuzuna ziddir. Azərbaycan artıq dünyada öz sözünü deyən, söz sahibi və mövqeyini müdaifə etməyi bacaran qüdrətli bir dövlətdir. İşğalda olan torpaqlarını özü azad etmiş və hazırda da sülhə hazırlaşan bir gücə çevrilib. Belə bir qüdrət sahibi ilə yalnız müsbət münasibət qurmağa can atmaq xoş qarşılanmalıdır. İran da bunu anlayır. Ermənistana hərtərəfli dəstəyinə baxmayaraq Azərbaycan öz istəyinə nail olur. Bunun müqabilində şübhəsiz ki, reallıqla barışmaq və aqressiv siyasətdən əl çəkərək normal əlaqələri bərpa etmək İran üçün zəruridir. ABŞ ilə gərgin münasibətlər zəminində bir çox yöndən dünyadan az qala təcrid olunmuş durumda olan İran üçün qonşu Azərbaycan ilə müsbət əlaqələr qurmaq indiki halda nəfəslik rolunu oynaya bilər".


Politoloqun sözlərinə görə, əgər İran xarici və daxili siyasətində korrektələr etsə, Zəngəzur dəhlizi məsəlində mövqeyini yumşaltsa nəinki Azərbaycan ilə, Türkiyə və digər ölkələr ilə də münasibətləri inkişaf edə bilər:

"Bunun üçün ilk növbədə İran Azərbaycanla bağlı siyasətində səmimi olmalı, ikili standartlara getməkdən çəkinməlidir. Azərbaycandan İrana heç bir təhlükə yoxdur. Amma İran zaman - zaman Azərbaycana qarşı yanlış addımlar atır. Əgər bu siyasətində korrektələr aparsa, iqtisadi, ticari, mədəni və başqa yöndə əlaqələr inkişaf edər. Həmçinin bölgədə sülhün davamlı olması üçün birgə addımlar atılar. Ümid edirəm ki, İran da bu məsələlərdə maraqlı olmağa meyllidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 May 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri