Icma.az
close
up
RU
İran və Azərbaycan regionda əsas mövqeyə sahibdir

İran və Azərbaycan regionda əsas mövqeyə sahibdir

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İran və Azərbaycan regionda əsas mövqeyə sahibdir”

İranlı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Əmir Məhəmmədi Çahaki  AZƏRTAC-a müsahibə verib.

AzPost müsahibəni  təqdim edir.

– Cənab Çahaki, III Xəzər İqtisadi Forumu Xəzəryanı dövlətlər üçün nə dərəcədə əhəmiyyətlidir?

– Fevralın 17-18-də Tehranda keçirilən III Xəzər İqtisadi Forumu İran, Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan üçün mühüm hadisə oldu. Bu forum əvvəlki görüşlərin ənənəsini davam etdirdi: 12 avqust 2019-cu ildə Türkmənbaşıda baş tutan birinci forum iqtisadi-ticarət əməkdaşlıq və enerji məsələlərinə həsr olunmuşdu, 5 oktyabr 2022-ci ildə Moskvada keçirilən ikinci forum isə nəqliyyat dəhlizlərinin inkişafı, ekoloji problemlər və investisiya layihələri mövzusuna fokuslanmışdı. Tehranda keçirilən forum mövqelərin əlaqələndirilməsi, 2018-ci il Xəzər dənizinin hüquqi statusu Konvensiyası da daxil olmaqla, əvvəlki razılaşmaların icrasının müzakirəsi və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi kimi strateji təşəbbüslərin irəlilədilməsi üçün platforma rolunu oynadı.

– Xəzəryanı ölkələrin liderlərinin görüşündə regional dialoqun gücləndirilməsi çərçivəsində hansı əsas məsələlər müzakirə olunub?

– Görüşün ən mühüm mövzuları iqtisadi-ticarət əməkdaşlığın genişləndirilməsi və infrastruktur layihələrinin inkişafı olub. Məsələn, Azərbaycan 2024-cü ildə Xəzəryanı dövlətlərlə ticarət dövriyyəsinin 6 faiz artacağını bildirərək, gələcək iqtisadi artım üçün əhəmiyyətli potensialı vurğulayır. Nəqliyyat marşrutlarının inkişafına, xüsusilə Rusiya, İran və Hindistanı birləşdirən “Şimal-Cənub” beynəlxalq dəhlizi layihəsinə xüsusi diqqət yetirilib. Türkmənistan Xəzər dənizinin şərq sahillərində regionun tranzit imkanlarını artıracaq logistika mərkəzlərinin yaradılmasını təklif edib. Digər mühüm mövzu isə Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi olub ki, bu da birgə elmi tədqiqatların aparılmasını və ekoloji fəlakətin qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanmasını tələb edir. Bununla bağlı 2025-ci ilin yayında Dağıstanda Xəzər Ekoloji Forumunun təşkili barədə qərar qəbul edilib. Azərbaycan və Qazaxıstan baş nazirləri, İranın birinci vitse-prezidentinin iştirakı ölkələrin regional dialoqu gücləndirmək və regionun davamlı inkişafı üçün həll yollarını birgə axtarmaq istəyini nümayiş etdirdi.

– Yaxın illərdə Xəzər əməkdaşlığının perspektivlərini necə görürsünüz?

– Tehranda keçirilən forum mürəkkəb beynəlxalq şəraitdə baş tutdu ki, bu da onu xüsusilə əhəmiyyətli bir hadisəyə çevirir. Beş əsas Xəzəryanı ölkənin iştirakı və onların iqtisadi, ekoloji və mədəni əməkdaşlığı tərəfdaşlıq ruhunda inkişaf etdirmək istəyi regionun xarici müdaxiləni istisna edərək müstəqil yol tutmaq niyyətini göstərir. Xəzər dənizi zəngin təbii ehtiyatlara və strateji cəhətdən vacib yerləşməyə malikdir. Forumun nəticələri göstərdi ki, region ölkələri onun gələcəyini müstəqil şəkildə müəyyənləşdirməyə və qarşılıqlı əməkdaşlığı gücləndirməyə hazırdırlar. Yaxın illərdə iqtisadi əlaqələrin dərinləşməsi, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi və ekoloji problemlərin həlli Xəzər regionunu təkcə iqtisadi artım mərkəzinə çevirməyəcək, həm də Avrasiyada sabitliyin vacib amili edəcək.

– İran Xəzər regionunda iqtisadi əməkdaşlığın inkişafında hansı rolu oynayır?

– İran Xəzər regionunda iqtisadi əməkdaşlıqda mərkəzi yer tutur, çünki onun strateji mövqeyi Xəzər dənizini Körfəzi ilə birləşdirir. Bu, ölkəni regiondaxili və regiondan kənar iqtisadi-ticarət əlaqələrin genişlənməsinə töhfə verən mühüm tranzit mərkəzinə çevirir. Tehran Xəzər hövzəsinin qlobal iqtisadiyyata inteqrasiyasını fəal şəkildə təşviq edir, nəqliyyat infrastrukturuna – dəmiryollarına, limanlara və logistika mərkəzlərinə investisiya yatırır. İranın strateji Bəndər-Abbas və Çabahar limanlarına nəzarəti Mərkəzi Asiya, Qafqaz və Cənubi Asiyanı birləşdirməyə imkan verir ki, bu da regional əməkdaşlığın möhkəmlənməsinə şərait yaradır. Bundan əlavə, İran enerji sektorunda da mühüm rol oynayır, neft və qazın nəqli üçün öz resurslarını və tranzit marşrutlarını təqdim edir. Qlobal dəyişikliklər fonunda onun regionda etibarlı tərəfdaş kimi əhəmiyyəti artır və bu da bütövlükdə Xəzər regionunun iqtisadi inkişafına və sabitliyinə töhfə verir.

– Xəzər dənizi ilə Körfəz arasında nəqliyyat dəhlizinin həyata keçirilməsi nə yerdədir?

– Xəzər dənizi ilə Körfəz arasında nəqliyyat dəhlizinin həyata keçirilməsi regionun əsas infrastruktur layihələrindən biridir. Bu marşrutun ideyası hələ sovet dövründən müzakirə olunsa da, son illərdə İran və Rusiyanın birgə səyləri sayəsində yeni təkan qazanıb. Layihə mərhələli şəkildə həyata keçirilir və əsas diqqət dəmiryol şəbəkəsinin inkişafına və liman infrastrukturunun modernləşdirilməsinə yönəldilib. Ən vacib mərhələlərdən biri Rəşt – Astara dəmiryol hissəsinin tikintisi olub ki, onun tamamlanması ilə bağlı razılaşma Rusiya və İran tərəfindən 2025-ci ilin fevralında imzalanıb. Bu magistral İranın Xəzər dənizindəki şimal limanlarını Körfəzdəki cənub limanları ilə birləşdirəcək və yüklərin daşınması üçün rahat marşrut təmin edəcək. Artıq Qəzvin–Rəşt dəmir yolu istismara verilib, eləcə də Rəşt – Xəzər arasındakı 37 kilometrlik hissə tamamlanıb ki, bu da regionun nəqliyyat sistemlərinin inteqrasiyası üçün mühüm addımdır. Gözlənilir ki, dəhlizin işə salınması Hindistandan Avropaya Rusiya vasitəsilə yük daşınma müddətini iki dəfə azaldacaq və bu da onu iqtisadi cəhətdən son dərəcə cəlbedici edəcək.

– “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı region iqtisadiyyatı üçün nə dərəcədə əhəmiyyətlidir?

– “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı Xəzər regionunun və ona bitişik ərazilərin iqtisadi artımında mühüm rol oynayır. Bu marşrutlar təkcə qitələrarası əlaqələri gücləndirmir, həm də ticarət dövriyyəsinin artmasına, investisiyaların cəlb olunmasına və sənaye əməkdaşlığının inkişafına kömək edir. 7200 km uzunluğa malik “Şimal-Cənub” dəhlizi Hind okeanı və Körfəzi Xəzər dənizi vasitəsilə Avropa ilə birləşdirir. Onun inkişafı İran, Rusiya və Azərbaycan kimi region ölkələrinə Hindistan və Cənubi Asiyadan Avropaya yüklərin daşınması üçün öz tranzit potensiallarından istifadə etməyə imkan verir. Bu marşrut yüklərlə dolu olan dəniz yollarını, məsələn, Süveyş kanalını keçmədən daha qısa və səmərəli bir alternativ təqdim edir. Mütəxəssislərin hesablamalarına görə, bu dəhlizin tam fəaliyyəti 2030-cu ilə qədər ticarət dövriyyəsini üçqat artıra bilər və region ölkələrinə tranzitdən milyardlarla dollar gəlir qazandırar.

“Şərq-Qərb” dəhlizi isə, o cümlədən Transxəzər marşrutu, Çini Mərkəzi Asiya və Qafqaz vasitəsilə Avropa ilə birləşdirir. O, “Şimal-Cənub” dəhlizini tamamlayaraq, regionun vahid nəqliyyat arteriyalar şəbəkəsinə çevrilməsinə şərait yaradır. Xəzəryanı dövlətlər üçün bu, xammal, kənd təsərrüfatı məhsulları və sənaye mallarının ixracı üçün yeni imkanlar, eləcə də qlobal bazarlara çıxışın genişlənməsi deməkdir. Nəqliyyat infrastrukturuna yatırılan investisiyalar regionun rəqabət qabiliyyətini artırmaqla yanaşı, onun beynəlxalq logistika mərkəzi kimi mövqeyini də gücləndirir.

– İran və Azərbaycan Xəzər regionunun nəqliyyat və iqtisadi inteqrasiyasında hansı rolu oynayır?

– Hər iki ölkə Xəzər regionunun nəqliyyat və iqtisadi inteqrasiyasında əsas mövqeyə malikdir, strateji ticarət əməkdaşlığı və tranzit logistika mərkəzləri kimi çıxış edirlər. İnfrastruktur layihələrini, o cümlədən “Şimal-Cənub” və “Şərq-Qərb” kimi beynəlxalq marşrutlarda iştirak edən Tehran regional və qlobal iqtisadi əlaqələrin möhkəmlənməsinə sadiqliyini təsdiqləyir. Bu təşəbbüslərin inkişafı təkcə ticarət və investisiyalar üçün yeni imkanlar açmır, həm də Xəzər regionunu qlobal ticarətin mühüm halqasına çevirərək geosiyasi sabitliyə töhfə verir.

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://azpost.info
archiveBu xəbər 13 Mart 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see442

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see258

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see254

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see241

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see238

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see237

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see237

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see234

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see233

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see233

Evdə ayaqyalın gəzmək faydalıdır? Həkimdən cavab

18 Sentyabr 2026 14:03see231

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see226

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see219

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see218

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see215

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see215

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see208

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see200

Ağız qoxusuna səbəb olan əsas amil AÇIQLANDI

18 Sentyabr 2026 12:36see196

Miqrenin inteqrativ müalicəsi: Baş ağrısını yox, səbəbini müalicə etmək lazımdır!

18 Sentyabr 2026 17:25see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri