İran və Türkmənistanın XİN başçıları ikitərəfli əlaqələri müzakirə ediblər
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
İran və Türkmənistanın xarici işlər nazirləri Abbas Əraqçi ilə Rəşid Meredov oktyabrın 8-də enerji və nəqliyyat sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər telefon danışığı zamanı ikitərəfli əməkdaşlıqda son hadisələri və müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Məlumata görə, diplomatlar siyasi, iqtisadi, elmi və mədəni sahələrdə hərtərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı ortaq maraqlardan bəhs ediblər.
Nazirlər müntəzəm məsləhətləşmələri davam etdirmək, qarşılıqlı maraqların irəliləməsi üçün sıx əlaqə saxlamaq barədə razılığa gəliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 08 Oktyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















