İran xalqı Azərbaycanın bu addımını Bəqaidən kövrək notlar...
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
İran xalqı göstərdiyi həmrəyliyə görə azərbaycanlılara təşəkkür edib.
Bakupost.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb.
"Müsəlman ölkələri və bütün regionda, eləcə də dünyada vicdanlı, ədalət axtaran insanlar tərəfindən İran xalqının ABŞ-İsrail təcavüzünə qarşı müqavimətinə dəstək olaraq nümayiş etdirilən misilsiz həmrəylik dərindən təqdir olunur", paylaşımda bildirilib.
Bəqai İranla həmrəylik edən ölkələrin adlarını da açıqlayıb:
"İranlılar bütün dünyada, xüsusilə İraq, Yəmən, Livan, Türkiyə, Pakistan, Əfqanıstan, Hindistan, Fələstin və bir neçə Afrika ölkəsində, eləcə də Tacikistan, Azərbaycan, Meksika, Kuba, Yaponiya, Fransa, Böyük Britaniya, Braziliya və hətta Birləşmiş Ştatların öz daxilində İran xalqına qarşı qanunsuz müharibəyə qarşı müqavimətə öz həmrəyliyini və dəstəyini ifadə edənləri xatırlayacaqlar".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 14 Aprel 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















