İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İranın sabiq Ali Lideri Ayətullah Seyid Əli Xamenei və ailə üzvlərinin öldürülməsi ilə bağlı 159 ABŞ və İsrail vətəndaşı barəsində ittiham aktı hazırlanaraq məhkəməyə göndərilib.
Milli.Az xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Əli Kazemi noyabrın 17-də Tehranda keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, cinayət işi çərçivəsində 92 ABŞ və 67 İsrail vətəndaşı olmaqla, ümumilikdə 159 nəfər ittiham olunur. İş üzrə prokurorluq mərhələsində araşdırmalar aparılıb və zəruri hüquqi tədbirlər görülüb.
Kazemi bildirib ki, məhkəmə araşdırması təkcə Xameneinin deyil, onun həyat yoldaşının, qızının, gəlininin, nəvəsinin və kürəkəninin ölümü ilə bağlı halları da əhatə edir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana endirdiyi hava zərbələri nəticəsində Ayətullah Seyid Əli Xamenei və ailə üzvləri həlak olub. Bir müddət sonra Ekspertlər Şurası onun oğlu Seyid Müctəba Xameneini İranın yeni Ali Lideri seçib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 17 Noyabr 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















