Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

İstək MMC də saxta köçürmələr və milyonluq pul iddiası: Şirkət daxilində nə baş verib?

İstək MMC də saxta köçürmələr və milyonluq pul iddiası: Şirkət daxilində nə baş verib?

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ölkə.az Oxu.Az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərdən Sultan Rəsulov ona ünvanlanan sualları cavablandırıb.

O, ifadəsində bildirib:

"Mən gedəndə Binəqədi qəsəbəsi, 3-cü mədəndə bir mağaza var idi. Qusardakı mağazaya 18 min manat xərc çəkilib. Səbəbi də o idi ki, binanın birinci mərtəbəsini icarəyə götürmüşdüm, bərbad vəziyyətdə idi. Sahibi demişdi ki, "Təmir elə, icarə haqqını oradan çıxarıq". Əməkhaqqım rəsmi sənədlərə əsasən 600 manat idi. Ceyhunla heç bir əlaqəm yox idi. İşlədiyim dövrdə onu iki dəfə görmüşəm.

Bir dəfə mən 60 min manat pul qoydum. Hüseyn müəllim gəlib dedi ki, "40 mini vergiyə tutublar, üstünü düzəlt, biz Çinə mal göndərək". Ona pulumun olmadığını dedim. Mən Hüseyn müəllimdən şübhələnmişdim. O, mən gəlməmişdən əvvəl iki il həmin şirkətdə işləyib. Bu müddət ərzində bilmirdi ki, malın gömrük rəsmiləşdirilməsi 33 faizdir? Amma mən gələndə bunu 60 faiz etdi. Gömrük bəyannaməsi elə formada gəlirdi ki, onun saxtalaşdırıldığı bilinmirdi. Mallar həm Hüseyn müəllimin, həm də mənim idi, biz şərik idik. Bunu sübut edən pul çekləri var və onlar iş materiallarına əlavə edilib.

Yoldaşımın kartına pul köçürüləndə özümün kartım yox idi. Elə vaxtlar olub ki, həmin kartlar məndə olmayanda yoldaşımın kartı özümdə olurdu. Maaş alanda həmişə Fəridə deyirdim ki, pulları bu karta göndərsin. Mən pulların şirkətin hesabından köçürüldüyünü bilmirdim. Ümumilikdə qoyduğum vəsait 1 milyon 16 min manat olub".

Digər təqsirləndirilən Ceyhun Səfərov isə S.Rəsulovun dediklərinə cavab olaraq onun yalan danışdığını bildirib:

"Onun danışdıqları başdan-ayağa yalandır. Kartlar köçürüləndə mən orada işləmirdim. Mənim heç kimə göstərişim olmayıb".

Məhkəmədə zərərçəkmiş qismində ifadə verən G.M. isə təqsirləndirilən şəxslərdən yalnız Ceyhun Səfərovu tanıdığını deyib:

"2023-cü ilin dekabrında müsahibəyə hazırlaşanda Səfərov "Sizi Bakı və ya Sumqayıtdakı vergi orqanında işə düzəldəcəyəm" deyə vəd verirdi. 2024-cü il yanvarın 8-də Ceyhun bəyə 5 min manat pul verdik ki, müsahibədən uğurla keçsək, ehtiyatda qalmayaq. O, bir neçə gün sonra bildirdi ki, yenə 5 min manat versəm, Bakıdakı vergi qurumunda işə düzəlməyimə kömək edəcək. Pulun yarısını qaytarsa, ona da razıyam. Belə olsa, şikayətimi geri çəkərəm".

Növbəti məhkəmə prosesi dekabrın 1-nə təyin edilib.

Qeyd edək ki, "İstək" MMC-nin vəzifəli şəxsləri olduğu bildirilən Ceyhun Səfərov, Sultan Rəsulov və Fərid Ələkbərov saxta köçürmələr vasitəsilə şirkətin 637 min manatını mənimsəməkdə ittiham olunurlar.

Onlara Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2-ci (leqallaşdırma - xeyli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampını, möhürünü, blankını hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq əvvəlcə Binəqədi Rayon Prokurorluğunda aparılsa da, sonradan Nərimanov Rayon Prokurorluğuna göndərilib.

Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Noyabr 2026 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see346

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see318

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see278

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see268

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see266

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see257

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see254

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see251

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see247

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see243

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see238

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see236

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see231

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see227

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see226

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see222

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see221

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see214

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see213

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri