Icma.az
close
up
RU
İran Xəzərin hüquqi statusu haqqında konvensiyanı ratifikasiya etməyib

İran Xəzərin hüquqi statusu haqqında konvensiyanı ratifikasiya etməyib

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabrın 18-19-da İranın Gilan vilayətinin Rəşt şəhərində Xəzəryanı ölkələrin sahilyanı regionlarının rəhbərlərinin görüşü keçirilib. Görüşdə beş Xəzəryanı dövlətin (Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan) nümayəndələri iştirak edəcəklər.

İki gün davam edəcək görüşdə qarşılıqlı ticarət əlaqələrinin inkişafı, nəqliyyat-tranzit məsələləri, balıqçılıq, qarşılıqlı sərmayə yatırımı, ekologiya, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin infrastrukturu və digər məsələlər müzakirə olunub. Azərbaycanı tədbirdə Xəzər dənizi sahilində yerləşən rayonların rəhbərləri təmsil ediblər. Sammitin ikinci günündə yerli və xarici qonaqlar fikir mübadiləsi aparıblar, sonra Ənzəli limanını və Xəzər Xüsusi İqtisadi Zonasını ziyarət etmək üçün Gilanın müxtəlif bölgələrinə səyahət ediblər.

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov deyib ki, 2018-ci ildə Aktauda Xəzərin hüquqi statusu barədə konvensiya imzalanıb. Ekspert bildirib ki, bu konvensiyanın imzalanması sonrakı dövrdə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına müsbət təsir göstərib:

"Müxtəlif səviyyələrdə tez-tez görüşlər keçirilir. Bu da ondan xəbər verir ki, artıq Xəzərətrafı ölkələrin əməkdaşlıq platforması yaranıb. Bu platformada ilk növbədə iqtisadi, nəqliyyat, investisiya sahəsində mühüm müzakirələr keçirilir, addımlar atılır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin başa çatdırılması və bu dəhlizin potensialından maksimum istifadə olunması bütün Xəzəryanı dövlətlər üçün mühüm əhəmiyyətə malikdir. Ekoloji əməkdaşlıq da önəmli faktordur. Məlumdur ki, Xəzərin çirklənməsi, balıq ehtiyatlarının tükənməsi, su səviyyəsinin dəyişməsi bütün dənizətrafı ölkələri ciddi narahat edir. Bu istiqamətdə müzakirələrin keçirilməsi son dərəcə vacibdir. Eyni zamanda siyasi sahədə də Xəzəryanı dövlətlərin müzakirə edəcəyi kifayət qədər məsələ var. QHT-lər tərəfindən "Xəzər Evi Platforması"nın yaradılması da olduqca mühüm addımdır".

Analitikə görə, çətinliklər təbii ki, hələ də qalmaqdadır: "İran hələ də Xəzərin hüquqi statusu haqqında konvensiyanı ratifikasiya etməyib. Bəzən Xəzəryanı dövlətlərin maraqları üst-üstə düşmür. Rusiya və İranın bir çox hallarda konstruktiv mövqe tutmaması ciddi problemlərə yol açır. Ancaq bütövlükdə Xəzəryanı 5 ölkənin birgə fəaliyyəti gündən-günə artmaqdadır. Ukrayna müharibəsi və İranın üzləşdiyi problemlər bu platformanın tam gücü ilə işləməsinə mane olsa da, bütövlükdə proses müsbət qiymətləndirilməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Noyabr 2025 06:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see177

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see169

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see148

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see139

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see132

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see130

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri