Icma.az
close
up
RU
“İndiyədək Xəzərin statusu ilə bağlı mübahisələri Rusiya yox, İran qızışdırıb...”

“İndiyədək Xəzərin statusu ilə bağlı mübahisələri Rusiya yox, İran qızışdırıb...”

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Böyük ehtimalla, Nikolay Udoviçenkonun Rusiya Federasiyasının qonşu dövlətlərlə sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi təyin olunmasında da əsas hədəf Qazaxıstan olacaq...”

Xəbər verildiyi kimi, ötən həftə işğalçı Rusiya diktatoru Vladimir Putin Nikolay Udoviçenkonu Rusiya Federasiyasının MDB-nin qonşu dövlətləri ilə sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi təyin edib. Putin həmçinin Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Udoviçenkonu Xəzər dənizi üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri təyin edib. Bir sıra siyasi şərhçilər iddia edir ki, Azərbaycanla Rusiya arasında quru sərhədləri tam müəyyənləşdiyindən və 2018-ci ildə Aktau şəhərində keçirilən Zirvə görüşündə Xəzərlə bağlı mübahisələr, demək olar ki, həll olunduğundan Kremldən gələn bu qərarın Azərbaycana hər hansı bir formada təsiri ola bilməz. Amma o da var ki, Xəzərin yekun statusu hələ qəbul olunmayıb. Görəsən, əsil gerçək nədən ibarətdir?..

Siyasi şərhçi Heydər Oğuz mövzu haqda Moderator.az-a açıqlamasında indiyədək Xəzərin statusu ilə bağlı mübahisələrin Rusiya tərəfindən yox, əsasən İran tərəfindən yaradıldığını düşünür. Onun fikrincə, İranın cığallığı olmasaydı, Xəzəryanı ölkələr rahatlıqla bir-biri ilə dil tapar, bu məsələyə son qoyulardı: 

“Amma SSRİ dağıldıqdan sonra İranın yadına birdən-birə Xəzərin statusu məsələsi düşdü. Halbuki, 1991-ci ilə qədər İran Xəzər dənizindən tamamilə tədric olunması ilə razılaşmış, cınqırını da çıxarmırdı. Elə ki, SSRİ dağıldı, Türk dövlətləri müstəqilləşdi, İranın da yadına 1921-ci və 1940-cı illərdə SSRİ ilə bağlanmış müqavilələr düşdü. İran bu müqavilələrə uyğun olaraq əvvəl Xəzərin iki dövlət – SSRİ ilə İran arasında bölünməsi məsələsini qaldırdı. Ardınca bunun mümkün olmayacağını görüb Xəzərin 5 sahilyanı dövlət arasında bərabər ölçüdə bölünməsini gündəmə gətirdi. Onun bu təklifinə görə, Xəzər dənizi sahilyanı ölkələr arasında 20%-lik paya əsasən bölünməli idi. İranın bu təklifinə qədər Rusiya digər sahilyanı ölkələrlə apardığı müzakirələrdə quru sərhədlərinə nəzərən bölünməni qəbul edirdi. İranın məlum təklifləri ortaya çıxınca, Moskva da mövqeyini qismən dəyişdi və ona çatası 18,7 faizlik bölgünü 20%-ə çatdırımasını tələb etməyə başladı. Uzun müzakirələrdən sonra 2018-ci ildə, nəhayət, Xəzərin statusu haqqında konvensiya qəbul olundu. Amma bu səfər yenə İran onu ratifikasiya etmədi və nəticədə qeyri-müəyyənlik ortadan qalxmadı”.

Analitikin fikrincə, Rusiyanın Xəzərin milli sektorlara bölünməsi məsələsində razılaşa bilməyəcəyi yalnız bir ölkə var – Qazaxıstan: “Çünki, Xəzərin statusu haqqında konvensiyaya əsasən, ən böyük pay Qazaxıstana düşüb - 29,6 faiz. Azərbaycan 19.5, Türkmənistan isə 20%-lik paya malikdir. 

Bundan əlavə, Rusiya ilə Qazaxıstan arasında quru sərhədlərində də bəzi anlaşılmazlıqlar var. Böyük ehtimalla, Nikolay Udoviçenkonun Rusiya Federasiyasının qonşu dövlətlərlə sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi təyin olunmasında da əsas hədəf Qazaxıstan olacaq”.

Siyasi şərhçi onu da vurğuladı ki, Xəzəryanı post sovet ölkələri arasındakı müzakirələrin necə sonuclanmasından asılı olmayaraq, İran bu mübahisələrdən heç nə qazanmayacaq. “Zira, onun Xəzər sahilindəki quru sərhədləri elədir ki, hansı prinsiplə bölürsən böl, İrana ancaq 14%-lik pay düşə bilər. Bununla belə, onun özünü cığallığa qoymasının bir səbəbi var: Xəzər sahili ölkələrinin öz təbii sərvətlərini istismarının  və onların iqtisadi inkişafının qarşısını almaq. Bu yolla regionda təsir gücü əldə etməyə çalışan İran müxtəlif zamanlarda Azərbaycanın Xəzər dənizindəki neft və qaz axtarışlarına mane olmağa səy göstərib. “Əsrin müqaviləsi” yeni imzalandığı illərdə İranın Qərb şirkətləri təhdid etmək məqsədi ilə Xəzərdə hərbi təlimlər keçirdiyi məlumdur. Bütün bunlara baxmayaraq, Azərbaycanın strateji tərəfdarları Rusiyadan və İrandan gələn təhdidlərə əhəmiyyət verməyərək öz işlərini davam etdiriblər, yəqin ki, bundan sonra da davam etdirəcəklər. Ölkəmizin inkişafını istəməyən qüvvələr isə boş-boşuna əzələ şişirtməklə öz qollarını yoracaqlar...”

Təqdim etdi:

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri