İran XİN in rəsmi nümayəndəsi: ABŞ la nüvə danışıqları mənasız olub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 14 iyun, AZƏRTAC
İran hesab edir ki, İsrailin hücumundan sonra İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün Vaşinqton və Tehran arasında danışıqlar mənasız olub.
AZƏRTAC xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib.
"ABŞ elə hərəkət etdi ki, dialoq mənasız oldu", - İranın Tasnim agentliyi diplomatın sözlərindən sitat gətirib.
Qeyd edək ki, aprel ayından bəri ABŞ və İran Omanın vasitəçiliyi ilə nüvə sazişi üzrə danışıqlar aparır. Danışıqların altıncı raundu bazar günü Maskatda keçirilməli idi, lakin İsrailin zərbələri danışıqları şübhə altına qoyub.

İran XİN ABŞ la danışıqların davam etdirilməsinin mənasız olduğunu bildirib
14 İyun 2025 08:32
İran: ABŞ la nüvə danışıqları hələ mümkündür
02 Sentyabr 2025 18:06
İran ABŞ la nüvə danışıqları aparmağa hazır olduğunu açıqlayıb
11 Mart 2025 13:38
İran Avropa ilə danışıqları mənasız hesab edəcək
03 İyul 2025 10:48
İran XİN: Nüvə danışıqları üzrə razılaşmada daha qətiyyətliyik
02 May 2025 12:29

