İran XİN rəhbəri ABŞ ilə nüvə sazişi üzrə danışıqlardan məmnun olduğunu bildirdi
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün ABŞ ilə aparılan danışıqların gedişindən razı qaldığını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə o, İran dövlət televiziyasında jurnalistlərlə söhbətində bildirib.
"Biz danışıqların gedişindən razıyıq. Hər iki tərəf ciddidir. Razılaşmanın əldə olunmasına nikbin baxıram, amma ehtiyatla", - o qeyd edib.
Bununla belə, Əraqçı deyib ki, müəyyən fikir ayrılıqlarına görə tərəflər daxildə əlavə məsləhətləşmələr aparmalıdırlar: “Danışıqların üçüncü raundu əvvəlkilərdən daha ciddi oldu, biz tədricən texniki detalları araşdırırıq”.
Onun sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ekspertləri dialoqun növbəti raunduna qoşula bilərlər.
"İndi biz tədricən ümumi məsələlərdən kənara çıxırıq və təfərrüatlara keçirik. Düşünürəm ki, növbəti görüşdə AEBA-nın ekspertləri də bizə qoşulacaq", - XİN başçısı vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 26 Aprel 2025 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















