İran XİN: Trampın Fars körfəzini Ərəb körfəzi adlandırmaq planları siyasi motivli və düşməncəsinə bir addımdır
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Trampın Fars körfəzini Ərəb körfəzi adlandırmaq planları Tehrana qarşı siyasi motivli və düşməncəsinə bir addımdır.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkədə bildirib.
"İstənilən düşünülməmiş addım qanuni olmayacaq və coğrafiyaya təsir göstərməyəcək, yalnız İranda, ABŞ-də və bütün dünyada iranlıların, əhalinin bütün təbəqələrinin və müxtəlif siyasi əqidə sahiblərinin ciddi narazılığına səbəb olacaq", - o qeyd edib.
Daha əvvəl AP agentliyi adı açıqlanmayan amerikalı rəsmilərə istinadən bildirmişdi ki, D.Tramp gələn həftə Səudiyyə Ərəbistanına səfəri zamanı ABŞ-nin Fars körfəzini Ərəb körfəzi adlandıracağını elan etmək niyyətindədir./ Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 07 May 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















