İran XİN: Yük gəmisini ələ keçirməsi təcavüz aktıdır
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rəsmi Tehran ABŞ-nin İran bayrağı altında üzən yük gəmisini ələ keçirməsini təcavüz aktı hesab edir.
"Yeni Sabah" Təsnim-ə istinadla xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
"İran ticarət gəmisinə hücum təcavüz aktıdır", - deyərək o əlavə edib ki, vəziyyət Vaşinqtonun sözləri ilə hərəkətləri arasında açıq-aşkar ziddiyyəti nümayiş etdirir.
"Bu, İran xalqının Amerikanın niyyətlərinə inamsızlığını daha da artırır. Buna görə də, İran milli maraqları və mənfəətləri birinci yerə qoyaraq danışıqlar prosesinin davam etdirilməsi zərurəti ilə bağlı müvafiq qərarlar qəbul edəcək. Hələlik danışıqların növbəti mərhələsində iştirakla bağlı heç bir niyyət yoxdur", - Bəqabi bildirib.
Aprelin 19-da ABŞ Prezidenti Donald Tramp ABŞ ordusunun İran bayrağı altında Oman körfəzində üzən "Touska" yük gəmisini ələ keçirdiyini və nəzarəti ələ keçirdiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 20 Aprel 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















