Icma.az
close
up
RU
İran yeni müharibəyə hazırlaşır?

İran yeni müharibəyə hazırlaşır?

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Srağagün İran İslam Respublikası ordusunun ictimaiyyətlə əlaqələr idarəsi Hind okeanının şimalında və Oman dənizində "Sarsılmaz qüdrət - 2025" adı altında ikigünlük raket təliminin keçiriləcəyini elan edib. Raket təliminin sözçüsü kontr-admiral Abbas Həsəninin bildirdiyinə görə, əməliyyat avqustun 20-də səhər saatlarında suüstü və sualtı birləşmələr, aviasiya bölmələri, sahildə və dənizdə yerləşən raket düşərgələri və radioelektron mübarizə vasitələrinin iştirakı ilə başlayıb.

Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan yeni süjetdə qeyd olunub.

"Bu, İranın İsraillə 12 günlük müharibədən sonra keçirdiyi ilk hərbi təlimidir. İranın Müdafiə naziri briqada generalı Əziz Nəsirzadə dünən bəyan edib ki, bizim indiyədək istifadə olunmayan və əvvəlkilərdən qat-qat güclü raketlərimiz var, əgər sionist düşmən növbəti avantüraya əl atsa, biz mütləq bu raketlərdən istifadə edəcəyik", - deyə süjetdə qeyd olunub.

Müəllif qeyd edib ki, İran mediası bu təlimi Tehranın hərbi texnika sahəsində müstəqilliyinin və qüdrətinin mesajı kimi təqdim edib. Belə ki, təlimdə 400 kilometr mənzilli "Bavər-5" pilotsuz uçuş aparatı sınaqdan keçirilib və Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, o, təyin olunmuş hədəfi uğurla vurub.

"Fars" informasiya agentliyi xəbər verib ki, bu pilotsuz aparat daha əvvəl Rusiyanın "Ordu-2024" hərbi sərgisindəki İran pavilyonunda ölkənin ixrac məhsullarından biri kimi nümayiş etdirilib. Agentliyin Rusiya sərgilərində İran pilotsuz təyyarələrinin olmasına istinad etməsi Tehranın müdafiə sistemlərinin gücünə işarədir. İranın Müdafiə naziri də dünən Tehranda fəaliyyət göstərən bir qrup xarici hərbi attaşe ilə "Müdafiə Sənayesi Günü" münasibətilə keçirdiyi görüşdə bu məsələni vurğulayaraq deyib ki, İran 12 günlük müharibədə zərrə qədər də xarici resurslara arxalanmayıb və "müharibədə istifadə olunan hər şey öz müdafiə sənayemiz tərəfindən istehsal olunub", - deyə süjetdə qeyd olunub.

Müəllif fikrinin davamında vurğulayıb ki, təlimdə dəniz qüvvələrinin "Nəsir" və "Qədir" qanadlı raket sistemləri, "Qadir" sahil və gəmi əleyhinə raketlər də sınaqdan keçirilib.

"Bildirilib ki, 300 kilometr mənzilə malik "Nəsir" və "Qədir" raketləri yüksək partlayıcı başlıqlarla təchiz edilib. Amma burada diqqətçəkən bir məqam var: İran raketlərinin İsrailə çatması üçün 1 500 kilometrdən çox məsafə lazımdır; 1 500-1 700 kilometr mənzilə malik "Emad" kimi ortamənzilli ballistik raketlər və 2 000 kilometr mənzilə malik "Xeybər" və "Xürrəmşəhr" kimi daha uzaqmənzilli raketlər İsrailin müxtəlif hissələrini hədəfə almağa qadirdir. Həmin raketlər İran tərəfindən son müharibədə Təl-Əvivə doğru atılıb və hədəflərini vurub. Odur ki, dənizdə 500 kilometrdən az məsafədə raketlərin sınaqdan keçirilməsi, əslində İranın Fars körfəzi ölkələrini və Hörmüz boğazını hədəfə aldığı barədə bir xəbərdarlıqdır. İran müharibə zamanı dəfələrlə dünya neftinin 20 faizindən çoxunun daşınması üçün istifadə edilən Hörmüz boğazının bağlanması ilə bağlı xəbərdarlıq edib. Digər tərəfdən, İranın Qətərdəki ABŞ bazasına hücumu Fars körfəzi ölkələrini daha da ehtiyatlı olmağa vadar edib. Bu hücum Qətər hökuməti ilə koordinasiyada həyata keçirilsə də, region ölkələrinə ABŞ və İsraillə hər hansı əməkdaşlığa qarşı xəbərdarlıq kimi qəbul edilib".

İran yeni müharibəyə hazırlaşır?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Avqust 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri