Icma.az
close
up
RU
İran Zəngəzur dəhlizinin açılmasına maneədir: əgər davam etsələr...

İran Zəngəzur dəhlizinin açılmasına maneədir: əgər davam etsələr...

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, dünən İran prezidenti Məsud Pezeşkian Tehranda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevi qəbul edib.

Bakıvaxtı.az-ın məlumatına görə, görüşdə Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran prezidentinə çatdırıb.

H.Hacıyev, eyni zamanda İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib.

İran-Azərbaycan münasibətləri kontekstində bu görüşün əsas məqsədi ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və mövcud siyasi, iqtisadi, təhlükəsizlik məsələləri üzrə dialoqun davam etdirilməsi olub. Xüsusilə, son dövrlərdə iki ölkə arasında gərginliklər fonunda baş tutan bu görüş münasibətlərin normallaşdırılması, qarşılıqlı anlaşma mühitinin gücləndirilməsi və ortaq maraqlara əsaslanan əməkdaşlıq imkanlarının genişləndirilməsinə yönəlib. Azərbaycan tərəfinin İran prezidentini səfərə dəvət etməsi isə diplomatik münasibətlərin inkişafına verdiyi önəmin göstəricisidir.

Sual yaranır: İran-Azərbaycan münasibətləri hansı istiqamətdə inkişaf edəcək? Gözləntilər nələrdir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, İranın əsas məqsədi Azərbaycanla münasibətlərdə yeni yol xəritəsi formalaşdırmaqdır:

"İran tərəfi yeni imic formalaşdırmağa çalışır. Bizə məlumdur ki, rəsmi Tehranla Azərbaycan arasında münasibətlər son 30 il ərzində gah irəliyə gedir, gah da siyasi geri çəkilmələrə əl atılır. Bu dövr çərçivəsində baş verən hadisələr müxtəlif yanaşmaların formalaşması kimi qəliz siyasi duruma gətirib çıxarıb. Buna görə də, İslam Respubliklası ölkəmizlə münasibətlərin inkişaf etməsində yeni yol xəritəsi yaratmaq istəyirlər. Biz tolerant davranırıq, logistik məsələlər və digər diplomatik proseslərdə tərəflərdə olan boşluqları aradan qaldırmağa cəhd göstəririk. Lakin onların mövqeyini o qədər də xoşməramlı adlandırmaq olmaz".

Politoloqun sözlərinə görə, hazırda prioritet olan mövzu Zəngəzur dəhlizidir. Müsahibimiz qeyd edib ki, biz hazırda logistik məqsədlərlə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizindən istifadə etsək də, yeniliklərə getmək vacibdir:

"Şimal-Cənub Dəhlizi bizim üçün də, İran üçün də çox stratejidir. Lakin farslar bizim Zəngəzur dəhlizinin açılmasında süni maneələr törətməklə logistik imkanlarımızı məhdudlaşdırmağa çalışırlar. Yol mədəniyyətdir. Lakin cənub qonşumuz bu mədəniyyəti ümumiyyətlə heçə sayır. Onlar yenə də əməkdaşlıqla bağlı niyyət güdmürlər”.

Q.Hüseynli vurğulayıb ki, Zəngəzur dəhlizinin açılmasına imkan verməmək İran üçün də ciddi problemdir, dövlət rəsmiləri də bunun fərqindədirlər. Heç bir addım atmamaq isə onların problemidir:

“İranın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması, əslində, onun regiondakı mövcud iqtisadi və geosiyasi maraqlarına ziddir. Bu dəhlizin fəaliyyəti İran üçün yeni ticarət imkanları yarada, Naxçıvan vasitəsilə Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirə bilər".

Qabil Hüseynli: Rəsmi Tehran istəyir ki, Azərbaycanda münaqişə alovlansın

İranın regional tranzit layihələrindən kənarda qalmaq riski ilə üzləşdiyini xatırladan Q.Hüseynlinin fikrincə, bu mövqe İranın uzunmüddətli maraqlarına uyğun gəlmir:

"Çünki regionda yeni nəqliyyat xəritəsi formalaşmaqdadır və proses geri dönməz xarakter alır. Azərbaycan və Türkiyə bu istiqamətdə alternativ yollar axtarır və Zəngəzur dəhlizinin açılmasına cəhd göstərir. İran isə əməkdaşlıq etmək əvəzinə, köhnə təsir dairəsi siyasətinə üstünlük verməklə tədricən iqtisadi və geostrateji baxımdan geridə qalır. Hikmət Hacıyevin görüşündən öncə Əli Əsədovun da Tehrana rəsmi səfəri baş tutub, orada bütün bu məsələlər müzakirə edilib. Əgər tərəflər yenə bu problemi yaratmağa davam etsələr, o zaman ölkəmiz İranın Şimal-Cənub dəhlizindən istifadə etməsini qəti şəkildə məhdudlaşdırmalıdır",

Politoloq vurğulayıb ki, İran tərəfi hələ də Azərbaycan və Ermənistan arasında toqquşmaların baş tutmasına can atır:

"Rəsmi Tehran istəyir ki, münaqişə alovlansın, toqquşma mühiti yaransın, regionda geosiyasi vəziyyət pisləşsin. Bununla da İran Cənubi Qafqazda təsirini artırmağa, Ermənistanı öz orbitində saxlamağa və Azərbaycanın güclənməsinin qarşısını almağa çalışır. Xüsusilə, Tehran Azərbaycana qarşı yönəlmiş təxribat xarakterli addımları dəstəkləməklə Ermənistanın revanşist qüvvələrini ruhlandırır və sülh prosesinə mane olur. Bu siyasət həm regionda sabitliyi pozur, həm də İranın öz maraqlarına zərbə vurur. Azərbaycan Qarabağdakı suverenliyini bərpa etdikdən sonra bölgədə yeni reallıqlar formalaşıb. Tehran yaxşı anlayır ki, Azərbaycan gücləndikcə, İranın Ermənistan üzərindəki təsiri də zəifləyəcək və bu, uzunmüddətli perspektivdə regional güc balansını Azərbaycanın xeyrinə dəyişəcək".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Fevral 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri