Icma.az
close
up
RU
İrana 325 ton humanitar yardım göndərilib

İrana 325 ton humanitar yardım göndərilib

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran Qızıl Aypara Cəmiyyəti rəhbəri Pir Hüseyn Kulivand bildirib ki, Rusiya İslam Respublikası ilə ABŞ və İsrail arasında baş verən hərbi gərginlik fonunda İrana genişmiqyaslı humanitar yardım göndərib.

Redaktor.az xəbər verir ki, Kulivandın sözlərinə görə, Rusiya tərəfindən Moskvadakı səfirliklə koordinasiyada quru yolu vasitəsilə 325 tondan çox dərman və tibbi ləvazimat İrana çatdırılıb və dərhal xəstəxanalara paylanıb.

O, həmçinin digər ölkələrin də yardımlarını qeyd edib. Bildirilib ki, Türkiyə və İraq da humanitar dəstək göstərən ölkələr sırasındadır. Türkiyə vətəndaşlarından birinin 40 min dollarlıq ianəsi hesabına təcili yardım mərkəzləri üçün 50 generator alınıb, iraqlı bir qadın isə şəxsi zinət əşyalarını İrana bağışlayıb.

Məlumatda qeyd olunur ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı başladığı hərbi əməliyyatlardan sonra regionda gərginlik artıb. İran tərəfinin iddiasına görə, 40 gün ərzində baş verən hücumlarda 3375 nəfər həyatını itirib.

ABŞ Prezidenti Donald Tramp 7 apreldə iki həftəlik atəşkəs elan etsə də, sonrakı danışıqlar nəticəsiz qalıb. İran və ABŞ nümayəndə heyətlərinin İslamabadda apardığı görüşlərdə uzunmüddətli razılaşma əldə olunmayıb.

Tehran isə Vaşinqtonun birtərəfli qərarlarını qəbul etmədiyini bildirərək, öz milli maraqlarına uyğun hərəkət edəcəyini açıqlayıb.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 May 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri