İrana bağlı qüvvələr məhv edilir: 3 kənd geri alındı
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Suriya ordusu hücum edərək, 3 kəndi Bəşər Əsəd qüvvələrindən geri alıb.
Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Suriya İnsan Haqlarını Müşahidə Qrupunun iddiasına görə, son toqquşmalarda Suriya qüvvələrinin 37 əsgəri həlak olub. Həmçinin “Əsədə sadiq qüvvələr” adı ilə təqdim edilən ələvi üsyançıları arasından 34 yaraqlı öldürülüb.
Məlumata görə, şiddətli döyüşlər zamanı yeni hökumətə sadiq qüvvələr sahilə yaxın yerləşən Şir, Muxtariyyə və Haffa kəndlərinə nəzarəti ələ keçirib.
Ümumilikdə toqquşmalar başlayandan bəri ölənlərin sayının təxminən 150 nəfər civarında olduğu (mülki şəxslər də daxil) bildirilir.
Qeyd edək ki, ötən gün ələvilərin Suriya Dövlət Təhlükəsizlik İdarəsi əməkdaşlarına hücumu ilə toqquşmalar başlayıb. Bunun ardınca Dəməşq bölgərə ordu qüvvələri göndərib.
Əsədə bağlı olan ələvi qüvvələrin arxasında İranın dayandığı haqda məlumatlar var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 07 Mart 2025 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















