İrana bağlı silahlı qruplaşmalar Suriya ərazisinə keçiblər
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İranın dəstəklədiyi silahlı qruplaşmalar, o cümlədən İraqın “Kətaib Hizbullah” və “Fatimiyyun” dəstələri Suriya ərazisinə daxil olub.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Məlumata görə, həmçinin “Həşdi-Şəəbi” qüvvələrinin də Suriyanın şərqindəki Əl-Bukamal yaxınlığındakı ərazilərdən keçdiyi görünüb.
Qeyd olunub ki, yaraqlılar yardımçı qüvvə kimi yerləşdirilmək üçün Suriyanın şimal cəbhələrinə göndərilirlər.
Xatırladaq ki, bir neçə gün öncə Suriyada Bəşər Əsəd hökumətinə qarşı çıxan müxalifət qüvvələr Hələb və İdlib şəhərində nəzarəti ələ keçiriblər.

İrana bağlı silahlı qruplaşmalar Suriya ərazisinə keçiblər
02 Dekabr 2024 13:54
İrana bağlı silahlı qruplaşmalar Suriya ərazisinə keçiblər Xəbər saytı Son xəbərlər və Hadisələr
02 Dekabr 2024 14:15
İrana bağlı silahlı qruplar Suriya ərazisinə keçiblər VİDEO AzPolitika onlayn siyasiictimai qəzet
02 Dekabr 2024 12:40
Qoşunlar Suriya ərazisinə girdi
05 Dekabr 2024 11:12

