Icma.az
close
up
RU
İrana böyük zərbə “Hakimiyyət çevrilişi gözlənilir...”

İrana böyük zərbə “Hakimiyyət çevrilişi gözlənilir...”

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Rusiyanın tanınmış hərbi analitiki İqor Korotçenko İranla bağlı fikirləri müzakirələrə səbəb olub.

Belə ki, o, artıq rəsmi Tehranın uduzduğunu bildirib:

“İran birmənalı olaraq uduzub. İranda əsas problem hakimiyyətin transferi məsələsidir. İranın Ali Rəhbəri elə yaşdadır ki, artıq hakimiyyəti kiməsə ötürməlidir. Bundan başqa biz İranın hazırkı prezidentinin simasında yeni Qorbaçovu görürük. O da İranda yenidənqurmaya getsə, mövcud rejimin sonunu gətirəcək. Əlbəttə ki, hər şey İranın Ali Rəhbərliyinin fəaliyyətindən asılı olacaq. Əgər İran Ali Rəhbərliyi hakimiyyət transferini uğurlu, yəni ayətullahların və hərbçilərin nəzarəti altında sakit həyata keçirməsə, bu İslam Respublikası üçün pis nəticələnəcək”.

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, İranla bağlı müxtəlif versiyalar var. Adətən Qərb analitikləri Tehranla bağlı fikirlər səsləndirərkən İranın beynəlxalq səviyyədə mövqe itirdiyini qeyd edirlər:

“İranda sosial-iqtisadi problemlər var. Ölkəyə tətbiq olunan sanksiyalar mənfi təsirlər göstərir. Yaxın zamanda başlayacaq xalq etirazlarının hakimiyyətin sonunu gətirəcəyini bildirən fikirlər səsləndirilir. Amma bu hakimiyyət 1979-cu ildən bəri hələ də hakimiyyətdədir. Ali rəhbər ölkədə bütün hakimiyyət qollarına nəzarət edir, əsas siyasi qərarların sahibidir. Çox çətin bir regionda, beynəlxalq basqılar altında olmasına baxmayaraq İran həm resurs tapır, həm maddi ehtiyaclarını ödəyir, həm də öz geopolitik ambisiyalarını Yaxın Şərq regionunda yürüdür”.

İlyas Hüseynov

Politoloqun sözlərinə görə, Suriyada Bəşər Əsədin devrilməsi İrana böyük zərbə vurdu:

“İsrail-HƏMAS arasındakı döyüşlərdə də hərbi infrastruktur darmadağın vəziyyətdədir. Əsasən də relyefi, döyüş şəraitini, döyüşçülərin psixoloji durumunu nəzərə alsaq bütün məsələlərin bölmə rəhbərlərinin, sahə komandirlərinin üzərində olduğunu görərik. Onları da İsrail ordusu bir-bir öldürür. Bu da çox ciddi psixoloji təsir metodudur.

İranda islahatlara böyük ehtiyac var. Lakin bu da mənfi nəticələr yarada bilər. Çünki İran monolit dövlət deyil, burada dini təsirlə yanaşı həm də ordunun dövlətə və siyasətə böyük təsiri var”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Dekabr 2024 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri