Icma.az
close
up
RU
Hakimiyyət çevrilişi bu ölkələrdə olacaq Azərbaycanla bağlı plan isə...

Hakimiyyət çevrilişi bu ölkələrdə olacaq Azərbaycanla bağlı plan isə...

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Rusiyalı politoloq Stanislav Tarasovun son açıqlaması maraqla qarşılanıb. Belə ki, o, ABŞ Prezidenti Donald Trampın Avropa və bəzi postsovet ölkələrində hakimiyyət çevrilişi edəcəyini bildirib. Bu yolda ABŞ-la bərabər Rusiyanın da aktiv rol alacağı istisna edilməyib.

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, yeni siyasi düzənin formalaşmasına qarşı olan bəzi dövlətlər və onların prosesdə yer almaması səbəbindən hakimiyyətlərinin itiriləcəyi ilə bağlı fikrilər səsləndirilir:

“Qlobal proseslərdə söz sahiblərindən biri olan ABŞ-ın strategiyasına nəzər salsaq görərik ki, o daha çox söz və güc sahibi olan tərəflərə münasibətdə addımlar atır. Məsələn, Avropada hakimiyyət dəyişikliyi çətin bir proses deyil. Emmanuel Makron administrasiyası ikinci dəfə seçilib və növbəti mərhələdə hakimiyyətdən gedəcək. Onun hakimiyyətdən getməsi Donald Tramp administrasiyasının maraqlarına uyğundur. Makronun şəxsi imici, yürütdüyü siyasət ABŞ-la yanaşı Avropanın bir çox dövlətləri tərəfindən qəbul edilmir. Avropada sistemli çevrilişlərin olacağını söyləmək doğru olmaz”.

Politoloqun sözlərinə görə, hazırda gedən proseslərə postsovet dövlətləri heç bir maneə yaratmayacaq:

Xəyal Bəşirov

“Ukraynanın vəziyyəti məlumdur. Belarusda Aleksandr Lukaşenko Rusiya rəhbərliyinin mövqeyindən çıxış edir. Mərkəzi Asiya dövlətlərində də qlobal səviyyədə baş verən proseslərlə bağlı çevrilişin olacağını gözləmirəm. Azərbaycanla Qərbin, ABŞ-ın münasibətlərində hər hansı problemlər yoxdur. Ümumiyyətlə, siyasi prosesləri dəqiq proqnozlaşdırmaq mümkün deyil. Hər an hər şey baş verə bilər”.

Xəyal Bəşirov vurğulayır ki, gələcəkdə dünyanın yenidən formalaşdırılmasına mane olan dövlətlərlə bağlı addımlar atıla bilər:

“O ölkələrdə hakimiyyət çevrilişi istisna edilməyəcək. Hazırda çox həssas bir dönəmdəyik. Üçüncü Dünya müharibəsinin başlayacağına dair fikirlər səsləndirilir”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Fevral 2025 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri