İrana hücum bir neçə həftə qabaq təsdiqlənibmiş
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
İsrail və ABŞ-nin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatı bir neçə həftə əvvəl təsdiqlənib.
“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, tərəflər hücumdan əvvəl bir neçə ay ərzində birgə hazırlıq görüblər.
Məlumata görə, hücumun vaxtı ilə bağlı yekun qərar son anda deyil, daha əvvəl qəbul edilib.
Qeyd edək ki, bu gün səhər saatlarında İsrailin müdafiə naziri İsrael Katz ordunun İrana qarşı “qabaqlayıcı hücum” başlatdığını elan edib. İsrailin “12-ci kanal”ının məlumatına görə, hücumlar İran rəhbərliyinin bütün üzvlərini hədəf alıb.
Məlumat üçün bildirək ki, əməliyyatda ABŞ ordusu da iştirak edir. Prezident Donald Tramp “Truth Social” platformasında yayımladığı müraciətdə Amerika və İsrailin İrana hücumlarını rəsmi Tehranın nüvə ambisiyalarından əl çəkməməsi ilə əlaqələndirərək, Vaşinqtonun “səbrinin tükəndiyini” vurğulayıb.
İran tərəfi isə hücumdan dərhal sonra ölkədə xüsusi böhran mərkəzinin yaradıldığını bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 28 Fevral 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















