Icma.az
close
up
RU
İrana hücum Rusiyanın böyük problemini həll edir

İrana hücum Rusiyanın böyük problemini həll edir

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ və İsrailin İrana hücumları və Yaxın Şərqdə münaqişənin gərginləşməsi Rusiya üçün iqtisadi dividendlər gətirə bilər. Qlobal bazarda neftin bahalaşması Kremlin Ukraynaya qarşı müharibəni maliyyələşdirmək imkanlarını genişləndirir və Rusiya prezidenti Vladimir Putin ölkə iqtisadiyyatı üçün çətin bir dövrdə əlavə resurslar əldə edir.

Reyting.az xəbər verir ki, bu barədə “Politico” nəşrinin analitik yazısında qeyd olunub.

Nəşr yazır ki, İranın neft obyektlərinə endirilən zərbələrdən sonra “qara qızıl”ın qiyməti artaraq bir barel üçün 100 dolları keçib. Neftin bahalaşması isə Rusiya iqtisadiyyatı üçün əhəmiyyətli bir rahatlama yarada bilər.

Xatırladılır ki, Rusiyanın bu il üçün büdcəsində “Urals” markalı xam neftin baza qiyməti təxminən 59 dollar səviyyəsində proqnozlaşdırılsa da, ilin əvvəlinə qədər enerji gəlirləri artıq 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşmüşdü. Qərb sanksiyaları, yüksək faiz dərəcələri və işçi qüvvəsinin çatışmazlığı da iqtisadiyyata mənfi təsir göstərir.

Karnegi Rusiya-Avrasiya Mərkəzinin baş elmi işçisi Sergey Vakulenko bildirib ki, hökumət vergilərin artırılması, xərclərin, hətta hərbi xərclərin mümkün azaldılması kimi populyar olmayan qərarları nəzərdən keçirməli idi. Lakin İrana endirilən zərbələr və münaqişənin eskalasiyası vəziyyəti kəskin şəkildə dəyişib. Hörmüz boğazından gəmi daşımalarının dayandırılması neft qiymətlərinin daha da artmasına səbəb olub.

Rusiyanın energetika nazirinin keçmiş müavini Vladimir Milov bunu “Moskva üçün hədiyyə” adlandırır. Onun sözlərinə görə, yüksək qiymətlər faktiki olaraq Rusiya büdcəsi üçün “həyat xətti”nə çevrilib.

Bundan əlavə, sabit enerji təchizatını təmin etməyə çalışan əsas alıcılar - Hindistan və Çin arasında Rusiya neftinə tələbat arta bilər.

Əlavə amillərdən biri də ABŞ Maliyyə Nazirliyinin qlobal bazarda qıtlığın qarşısını almaq üçün Hindistana Rusiya neftini müvəqqəti olaraq almağa icazə verməsi ilə bağlı qərarıdır.

ABŞ maliyyə naziri Skott Bessent də Rusiya enerji məhsullarına qarşı bəzi sanksiyaların yumşaldılması ehtimalını dilə gətirib. Kreml isə yaranmış fürsətdən istifadə etməyə çalışır. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya “etibarlı neft və qaz təchizatçısı olub və belə olaraq qalır”.

Moskvadakı nikbinliyə baxmayaraq, enerji mütəxəssisləri iqtisadi təsirin böhranın nə qədər davam etməsindən asılı olacağı barədə xəbərdarlıq edirlər.

E. KAMAL


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://reyting.az
archiveBu xəbər 10 Mart 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see474

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see439

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see383

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see377

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see352

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see346

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see336

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see331

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see327

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see312

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see284

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see284

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see271

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see270

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see268

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see258

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see232

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see212

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri