İrana növbəti diplomatik zərbə Rəsmilərə Avroparlament qadağası hansı effekti verəcək?
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
İranın diplomatik nümayəndələrinin və digər rəsmilərinin Avropa Parlamentinin ərazisinə buraxılması qadağan edilib. Bunu qurumun prezidenti açıqlayıb. Səbəb kimi isə İranda etirazların davam etməsi, nümayişçilərin hüquq və azadlıqlarının əllərindən alınması göstərilib. Bununla yanaşı, Avstraliya da eyni səbəbdən İran səfirini ölkədən çıxarıb.
Maraqlıdır, onsuz da ciddi sanksiyalar altında olan, nəticədə iqtisadi böhranla üzləşən, buna görə də daxildə genişmiqyaslı xalq etirazları ilə üzləşən İranın hakimiyyəti məhdudiyyətlərin genişlənməsinə necə cavab verəcək? Bu kimi sərt qadağalar rejimə hansı yeni problemlər yarada bilər?
Mövzu ilə bağlı Oxu.Az-a danışan politoloq Rəşad Bayramov bildirib ki, beynəlxalq səviyyədə, xüsusilə Avropada iranlı diplomatlara qarşı sanksiyaların genişlənməsi əslində gözlənilən idi:
"Avropa İttifaqı (Aİ) onsuz da 2025-ci ilin əvvəlində İranla bağlı bir sıra qərarlar qəbul etmişdi. İndi də Avropa Parlamenti bəzi diplomatlara və rəsmi şəxslərə vizaların verilməsinin, bəzi hallarda diplomatik fəaliyyətlərin məhdudlaşdırılması, fərdi maliyyə sanksiyaları və aktivlərin dondurulması kimi sanksiyalar tətbiq edib. Bu tip sanksiyalar hələlik tam miqyaslı iqtisadi embarqoya çevrilməyib, amma bu tədbirlər əlavə təzyiq forması rolunu oynayır. Bu, İranın beynəlxalq təcridini artırmaqla yanaşı, rejimin iqtisadi resurslarına da təzyiq göstərir".
"İran uzun müddət ərzində hər nə qədər sanksiyalara hazırlıqlı olduğunu desə də, bunlar öz təsirini göstərir. Məhz onun nəticəsidir ki, rial davamlı şəkildə dəyər itirir, inflyasiya baş alıb gedir və təbii olaraq ticarət çətinləşir. Bu da öz növbəsində həyat səviyyəsinin pisləşməsini dərinləşdirir. Sanksiyaların siyasi təsirləri də ortadadır. Beynəlxalq tənqid və məhdudiyyətlər rejimin legitimliyini zəiflədir, diplomatik təcrid isə Tehran üçün xarici dəstəyin azalmasına səbəb olur. İran rejimi isə baş verənlərdən nəticə çıxarmaq əvəzinə, repressiyaları gücləndirməklə, "xarici düşmən" narrativi ilə daxili birliyi qorumağa cəhd edir" - deyə, analitik qeyd edib.
Onun sözlərinə görə, uzunmüddətli perspektivdə sanksiyalar və etirazlar İran rejiminin mövcudluğunu birbaşa təhlükə altına qoymasa da, struktur zəifliklərini şərtləndirir:
"Sosial gərginliklər, etnik və regional fərqliliklər iqtisadi çətinliklərlə birləşərək daxili qarşıdurma riskini yüksəldir. Tarixi təcrübələr göstərir ki, belə şəraitdə ya islahat siyasətinə keçid, ya da repressiyanın gücləndirilməsi baş verir. Birdən-birə rejimin devrilməsi ehtimalı isə demək olar ki, yoxdur. Ümumi olaraq qeyd edim ki, hazırkı sanksiyalar İran rejiminin dayanıqlığını qısa müddətdə sarsıtmasa da, daxili narazılığı gücləndirərək uzunmüddətli təzyiq mənbəyi yaradır. Bu isə İranın gələcək siyasi stabilliyi üçün ciddi qeyri-müəyyənliklər doğurur".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 13 Yanvar 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















