Icma.az
close
up
RU
İrana qarşı koalisiya ideyası niyə alınmır?

İrana qarşı koalisiya ideyası niyə alınmır?

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-ın Hörmüz boğazında birgə patrul təşəbbüsü Avropa müttəfiqlərinin ehtiyatlı mövqeyi ilə qarşılaşıb. “Politico”nun məlumatına görə, Böyük Britaniya və Fransa İranla bağlı davamlı atəşkəs əldə olunmadan yeni dəniz missiyasında iştirak etməyə tələsmirlər.

Vaşinqtonun əvvəlki hərbi addımlar barədə müttəfiqlərini əvvəlcədən məlumatlandırmaması tərəflər arasında etimad problemini daha da dərinləşdirib.

Avropa ölkələrinin bu mövqeyi ABŞ-Avropa təhlükəsizlik əməkdaşlığında yeni fikir ayrılıqlarının yaranmasına səbəb ola bilərmi?

Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına bildirib ki, ABŞ İran ətrafında hərbi-siyasi koalisiya yaratmağa nə qədər çalışsa da, indiyədək bu məqsədə tam şəkildə nail ola bilməyib.

Onun sözlərinə görə, Vaşinqton uzun müddətdir Körfəz bölgəsində İranı məhdudlaşdırmağa yönəlmiş bir koalisiyanın formalaşdırılmasına çalışır. Lakin ilk növbədə Körfəz ölkələrinin əksəriyyəti bu təşəbbüsə açıq şəkildə yaxınlıq göstərməyiblər.

Əmrəliyev hesab edir ki, burada əsas amillərdən biri İranın həmin ölkələrə mümkün hücum ehtimalı ilə bağlı yaranmış təhlükəsizlik narahatlığıdır. Bu səbəbdən onlar belə bir koalisiyada fəal iştirak etməkdən çəkinirlər.

Politoloq deyib ki, başqa mühüm məqam ABŞ-ın Qərbdəki əsas müttəfiqləri olan Avropa ölkələrinin bu təşəbbüsə qoşulmamasıdır. O bildirib ki, Vaşinqtonun İranla bağlı siyasətinə müəyyən siyasi dəstək ifadə olunsa da, Avropa dövlətləri hərbi əməliyyatların bir hissəsinə çevrilmək istəmirlər.

Z. Əmrəliyev müqayisə üçün 2003-cü ildə Səddam Hüseyn rejiminə qarşı həyata keçirilən əməliyyatı xatırladıb. O vurğulayıb ki, həmin dövrdə ABŞ geniş beynəlxalq koalisiya formalaşdıra bilmişdi və burada həm Körfəz ölkələri, həm region dövlətləri, həm də Avropadakı müttəfiqlər fəal iştirak edirdilər.

“Həmin dövrdə Böyük Britaniyanın baş naziri Toni Bleyer ABŞ-ın əsas tərəfdaşlarından biri idi və Fransa prezidenti Jak Şirak da prosesdə mühüm rol oynayırdı.

Hazırkı vəziyyət tamamilə fərqlidir. Avropa ölkələri İrana qarşı genişmiqyaslı müharibədə iştirak etməyə həvəsli deyillər. Bunun əsas səbəblərindən biri Avropanın öz daxilində ciddi iqtisadi və sosial problemlərin mövcud olmasıdır. Bir çox Avropa dövlətləri iqtisadi durğunluq, enerji təhlükəsizliyi və daxili siyasi sabitlik məsələləri ilə üzləşdikləri üçün böyük həcmli hərbi qarşıdurmanın tərəfinə çevrilmək istəmirlər” deyə o bildirib.

Əmrəliyev əlavə edib ki, belə bir müharibədə iştirak ABŞ-ın Avropa üzərində təsir imkanlarını daha da artıra bilər.

Onun fikrincə, nə Böyük Britaniya, nə də Fransa hazırkı mərhələdə Vaşinqtonun Avropa üzərində nüfuzunun güclənməsində maraqlı görünmür. Əksinə, son illərdə Avropa daxilində ABŞ-dan daha müstəqil təhlükəsizlik və xarici siyasət xəttinin formalaşdırılması istiqamətində meyillər müşahidə olunur.

Politoloq sonda vurğulayıb ki, ABŞ-ın İran ətrafında geniş beynəlxalq koalisiya yaratmaq planının yaxın perspektivdə reallaşması çətin görünür.

O, eyni fikrin Vaşinqtonun Hörmüz boğazı ətrafında beynəlxalq patrul dəstələrinin yaradılması təşəbbüsünə də aid olduğunu bildirib.

Z. Əmrəliyevin sözlərinə görə, bu məsələ ilə bağlı müəyyən dəstək bəyanatları səslənsə də, praktiki müstəvidə Avropa ölkələrinin bu təşəbbüsdə fəal iştirak etməyə çox da həvəsli olmadığı açıq şəkildə görünür.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 İyul 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri