Xəzər geri çəkilir: Astara sahillərində yeni ekosistem yaranır FOTO
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Bir vaxtlar Xəzərin suları ilə örtülən Astara sahillərində bu gün tam fərqli mənzərə yaranıb.
Bakıvaxtı.az Teleqraf-a isitnadən xəbər verir ki, dənizin geri çəkilməsi sahilboyu ərazilərin coğrafiyasını dəyişməklə yanaşı, burada yeni flora sistemləri və ekosistem formalaşdırıb.
Quruyan sahillərdə müxtəlif bitki növləri, hətta hündürlüyü bir neçə metrə çatan ağaclar əmələ gəlib.
Son bir neçə ildə burada 10-larla bitki növü yetişib və bu proses təbii bərpa və ekoloji ardıcıllığın sürətini göstərir. Bitki örtüyünün sıxlaşması ərazini köçəri quşlar üçün cəlbedici edib; onlar qışlamaq və qidalanmaq üçün bu yeni formalaşmış sahilləri seçirlər.
Mütəxəssislər hesab edirlər ki, əgər Xəzərin geri çəkilməsi davam edərsə, yaxın gələcəkdə Astara sahilləri köçəri quşların kütləvi miqrasiya məkanına çevrilə bilər.
Baxış sayı:63
Bu xəbər 02 Fevral 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















