Icma.az
close
up
RU
Gənclər Günü: Ulu Öndər Heydər Əliyevin strateji baxışının təzahürü ŞƏRH

Gənclər Günü: Ulu Öndər Heydər Əliyevin strateji baxışının təzahürü ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda 2 Fevral – Gənclər Günü təkcə təqvimdə bir tarix deyil, dövlətin gəncliyə münasibətinin, gənclərin cəmiyyət həyatında rolunun və gələcəyə baxışın rəmzidir. Bu gün Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 1 fevral tarixli sərəncamı ilə təsis edilib və 1997-ci ildən etibarən rəsmi şəkildə qeyd olunur. Əsası isə 1996-cı il fevralın 2-də keçirilən I Azərbaycan Gəncləri Forumu ilə qoyulub. Həmin Forum Azərbaycanın gənclər siyasətində yeni mərhələnin başlanğıcı kimi yadda qaldı və bu tarix sonradan Gənclər Gününün ideya dayağına çevrildi.

Müstəqilliyimizin ilk illəri ağır sosial-iqtisadi çağırışlar, müharibə şəraiti, eləcə də müxtəlif ideoloji təsir cəhdləri ilə müşayiət olunurdu. Belə bir mühitdə gənclərin enerjisini və potensialını milli maraqların müdafiəsinə yönəltmək, onları vətənpərvərlik ruhunda formalaşdırmaq strateji əhəmiyyət daşıyırdı. Ümummilli Liderin aydın strategiyası məhz bu ehtiyacı görür, gənclərin gələcək inkişaf üçün təşkilatlanmasına və hazırlanmasına zəmin yaradırdı. I Forumda gənclər qarşısında müəyyənləşdirilən tarixi vəzifələr bu xəttin məntiqi davamı oldu: gənclik ölkənin sabahı deyil, elə bu günü idi.

2 Fevralın əhəmiyyəti bir neçə istiqamətdə ölçülür. Birincisi, bu gün dövlət qayğısının institutlaşmasını göstərir: gənclərin problemlərinə diqqət çəkmək, onların inkişafına dəstək vermək, milli-mənəvi dəyərlərə bağlı, savadlı və təşəbbüskar nəsil yetişdirmək məqsədi daşıyır. İkincisi, 2 Fevral MDB və Şərqi Avropa məkanında ilk dəfə məhz Azərbaycanda qeyd olunan Gənclər Günü kimi tarixə düşüb. Bu fakt gənclər siyasətinin regionda öncüllüyünü vurğulayır və Azərbaycanın bu sahədə təşəbbüskar olduğunu göstərir.

Gənclər siyasətinin davamlılığında 2003-cü ildən sonrakı dövr ayrıca mərhələdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə mövcud ənənələr əsasında siyasət daha da təkmilləşdirildi: gənclərlə bağlı dövlət proqramları qəbul olundu, 2007-ci il “Gənclər ili” elan edildi, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Bu addımlar bir hədəfə xidmət edirdi: gənclərin bilik, bacarıq və təşəbbüslərini ölkənin dayanıqlı inkişafına çevirmək.

Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində özünü xüsusilə göstərdi. Döyüş meydanında, arxa cəbhədə, informasiya məkanında baş verən proseslər sübut etdi ki, gənclərin vətənpərvərlik ruhunda yetişməsi strateji üstünlükdür. Gənclərin cəsarəti, hazırlığı və birliyi Qələbəyə aparan əsas amillərdən biri kimi qiymətləndirilir. Bu, eyni zamanda, dövlətin illərlə apardığı gənclər siyasətinin real nəticəsidir.

2 Fevral münasibətilə keçirilən tədbirlər də bu ideyanı gücləndirir. Xüsusən Gülüstan sarayında təşkil olunan Gənclər Forumu kimi platformalarda gənc sahibkarlar, dövlət proqramlarının iştirakçıları, Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin gənc üzvləri, sosial inklüziv fəaliyyətdə fərqlənən gənclər bir araya gəlir. Bu, dövlət–gənclik dialoqunun canlı nümunəsidir: problemlər səslənir, təkliflər irəli sürülür, strategiyalar müzakirə olunur.

Bu gün Gənclər Günü bizə bir daha xatırladır: gənclərə yatırım – gələcəyə yatırılan ən dəyərli sərmayədir. Müasir dünyada təhsil, innovasiya, rəqəmsal bacarıqlar, milli-mənəvi dəyərlərin qorunması, sosial məsuliyyət və vətəndaş fəallığı gənclərin fəaliyyət gündəminin əsas xəttini təşkil etməlidir. Gənclər bu imkanlardan istifadə etdikcə, Azərbaycan daha güclü, daha rəqabətqabiliyyətli və daha dayanıqlı olacaq.

2 Fevral – Gənclər Günü münasibətilə hər bir gəncə çağırış sadədir: biliklə güclən, milli dəyərlərə söykən, cəmiyyət üçün faydalı ol, dövlətə və Vətənə xidmət et. Çünki bir nəsil dəyişir, Azərbaycan dəyişir və bu dəyişimin mərkəzində gənclik dayanır.

Abbas Pənahov,

Yeni Azərbaycan Partiyası

Nəsimi rayon təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Fevral 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri