Icma.az
close
up
RU
İrana son xəbərdarlıq: ABŞ artıq təhlükəni ciddi qəbul edir

İrana son xəbərdarlıq: ABŞ artıq təhlükəni ciddi qəbul edir

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ, İsrailin İrana mümkün zərbələri fonunda Yaxın Şərqdəki hərbi qüvvələri və səfirliklərini yüksək hazırlıq vəziyyətinə gətirib. “Washington Post” yazır ki, bu addımlar İrana hücum ehtimalını artırır. ABŞ və İraq mənbələri bildiriblər ki, Vaşinqton Bağdaddakı səfirliyini qismən boşaltmağa hazırlaşır, hərbçilərin ailələrinə isə bölgəni tərk etməyə icazə verilib. Bəhreyn və Küveytdəki amerikalı hərbçilərin ailələri üçün də eyni qərar tətbiq edilib. ABŞ müdafiə naziri Pit Heqset bu tədbirlərin könüllü və müvəqqəti xarakter daşıdığını açıqlayıb. “New York Post” qeyd edir ki, təhlükəsizlik tədbirləri Prezident Trampın İranla nüvə proqramı üzrə razılaşma ümidlərinin azaldığını bildirməsindən sonra gücləndirilib. Tehranda Omanda keçirilməsi planlaşdırılan altıncı raund danışıqlarının da baş tutmayacağı ehtimal edilir. Al Arabiya”ya danışan ABŞ rəsmisi bu tədbirlərin İsrailin mümkün hərbi addımları ilə əlaqədar ehtiyat xarakteri daşıdığını deyib. “Washington Post” yazır ki, ABŞ kəşfiyyatı İsrailin Vaşinqtonun razılığı olmadan İranın nüvə obyektlərinə zərbə endirəcəyindən narahatdır. Belə bir hücum ABŞ-İran danışıqlarını pozaraq bölgədəki ABŞ obyektlərini risk altına sala bilər. Bu səbəbdən Dövlət Departamenti İran obyektlərinə yaxın diplomatik missiyalara, o cümlədən Yaxın Şərq, Şərqi Avropa və Şimali Afrikada fövqəladə əməliyyat qruplarının yaradılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi göstərişi verib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM), Dövlət Departamenti və müttəfiq ölkələr hadisələrə hazır olmaq üçün koordinasiyalı şəkildə fəaliyyət göstərir. Bir diplomat vəziyyəti “həmişəkindən daha təhlükəli” adlandırıb.


Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a söyləyib ki, Bu hadisələr baş verməzdən bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp və İran tərəfi də daxil olmaqla, müxtəlif rəsmi şəxslər danışıqların dalana dirəndiyi ilə bağlı bəyanatlar səsləndirirdilər:


“Əvvəlki açıqlamalarımızda da bildirmişdik ki, ABŞ və İran arasında olan ziddiyyətlər o qədər ciddi və dərin xarakter alıb ki, tərəflərin ortaq məxrəcə gəlməsi mümkünsüzdür. Yəni nə ABŞ, nə də İran öz maraqlarından geri çəkilmir. Bu səbəbdən tərəflər masa arxasında diplomatik razılaşmaya gələ bilmədilər. Belə olan halda isə, bir tərəf digərini ram etmək üçün güc nümayiş etdirməli idi. ABŞ-nin bir neçə saat ərzində bu qədər ciddi vahimə yaratması, əslində, İrana göstərilən əzələ nümayişindən başqa bir şey deyil. Yəni, ABŞ hazırda İranı qorxudur, ona təzyiq göstərir. ABŞ xəbərdarlıq edir ki, əgər razılaşma olmazsa, İran onun hərbi gücünü, sərt tərəfini görəcək. Lakin əgər bu təzyiq nəticə verməzsə, ABŞ artıq təhdid xarakteri daşıyan bu davranışlarını gerçək hərbi əməliyyatlarla əvəz etməyə məcbur qala bilər. Çünki İranın nüvə silahına sahib olması və bu sahədə potensialını yüksək səviyyəyə çatdırması Yaxın Şərqdə ABŞ-nin İranı dayandıra biləcək heç bir vasitəsinin qalmaması deməkdir. Bu günə qədər İranın ABŞ-dən müəyyən qədər çəkinməsi onun hərbi texnologiya baxımından geri qalması ilə bağlı idi. Hazırda isə, hərbi texnologiya deyəndə əsas çəkindirici faktor kimi nüvə silahı ön plana çıxır. Əgər İran nüvə silahı əldə edəcəksə, o zaman ABŞ-dən çəkinəcək heç bir səbəb qalmayacaq. Hazırda Amerika əsgərlərinin, onların ailələrinin, diplomatik missiya əməkdaşlarının geri çağırılması və ya daha təhlükəsiz bölgələrə evakuasiyası göstərir ki, ABŞ artıq təhlükəni ciddi qəbul edir və İrana son xəbərdarlıqlarını çatdırır. İranın bu təhdidlərdən qorxaraq geri addım atmasını yaxud maraqlarını müdafiə etməsini zaman göstərəcək. İranın verəcəyi qərar gələcək proseslərin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirəcək. Əgər İran ABŞ-nin tələblərini yerinə yetirərsə, bu halda biz hərbi hücum ehtimalından danışa bilmərik. Çünki ABŞ üçün hazırda fars rejiminin və ya mollakratiyanın devrilməsi o qədər də sərfəli deyil”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 İyun 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri