Icma.az
close
up
RU
“İrana Türkiyə ilə müharibəyə getmək heç bir halda sərf etməməlidir” Ekspert

“İrana Türkiyə ilə müharibəyə getmək heç bir halda sərf etməməlidir” Ekspert

525.az saytına istinadən Icma.az xəbər verir.

"Türkiyənin ərazisinə raket atılmasına sərt reaksiya verməsi təbiidir. Birincisi, Türkiyə müharibənin baş verməməsi üçün xeyli cəhdlər göstərdi, fəal iş apardı. Hətta İranla-ABŞ arasında özünün vasitəçilik missiyasını da təklif etdi”. 

Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli dünən Türkiyə ərazisinə raket atılması ilə bağlı mövzunu şərh edərkən deyib.

“Türkiyənin mövqeyi ondan ibarətdir ki, bölgədə dayanıqlı sülh, əmin-amanlıq olmalıdır. Bölgədə böyük müharibənin olması ilk növbədə region dövlətlərinin maraqlarına toxunur. Müharibənin ilk günlərində verilən məlumatlardan belə aydın olurdu ki, İran yalnız regionun iki dövləti, hansı ki, Birləşmiş Ştatların, yaxud NATO-nun hərbi bazası var, ABŞ-la yaxın münasibətlərə malikdirlər - Oman və Türkiyə istisna olmaqla, ABŞ-ın hərbi bazaları olan digər region ölkələrini vurur. Ancaq artıq dünən Türkiyəyə bir raket atılıb. Qeyd etdiyimiz kimi buna etiraz olaraq da Türkiyə olduqca haqlı reaksiyasını, etirazını ortaya qoyub. Ümumiyyətlə məntiqlə əlbəttə ki, İrana bu gün Türkiyəni də münaqişəyə cəlb etmək, Türkiyə ilə müharibəyə, hərbi qarşıdurmaya getmək heç bir halda sərf etməməlidir. Lakin  bölgədə, o cümlədən İran daxilində mürəkkəb proseslər gedir. Eyni zamanda, da qeyri-müəyyən hadisələr baş verir. Məntiqi olaraq izahı mümkün olmayan addımlar atılır, hadisələr cərəyan edir. Düşünürəm ki, hər halda bu hadisənin təkrarlanması, tək Türkiyəyə qarşı deyil, digər region ölkələrinə də İranın hücumlarının davam etməsi, raketlərin atılması münaqişənin arealını, çoğrafiyasını xeyli genişləndirə və tam regional münaqişəyə çevirə bilər. Təbii ki, belə bir vəziyyət nə İran üçün, nə də region üçün arzuolunandır”, - ekspert deyib.

Əlavə edib ki, İranın yeni açıqladığı məlumata görə, həmin raket Türkiyəyə İran tərəfindən atılmayıb, yəni bu, araşdırılmalı və dəqiqləşdirilməli bir məqamdır. 

“İstənilən halda Türkiyəyə, yaxud da regionun digər ölkələrinə, hansılar ki, münaqişədə     birbaşa iştirak etmirlər, onlara İran tərəfindən ballistik raketlərin atılması, dronlarla hücumı həm region, həm də İranın özü üçün olduqca arzuolunmaz nəticələr doğura bilər”, - M.Məmmədli söyləyib.
Qeyd edək ki, İran Silahlı Qüvvələri Türkiyə ərazisinə raket atılması barədə məlumatları təkzib edib, Tehranın Türkiyənin suverenliyinə hörmətlə yanaşdığını bildirib.

"İran İslam Respublikasının Silahlı Qüvvələri qonşu və dost Türkiyənin suverenliyinə hörmətlə yanaşır və bu ölkə ərazisində raket atışları ilə bağlı hər hansı bir məlumatı təkzib edir", - İran Baş Qərargahının bəyanatında qeyd edilib.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Mart 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri