Icma.az
close
up
RU
​İranda benzin böhranı Uzun növbələrin səbəbi nədir?

​İranda benzin böhranı Uzun növbələrin səbəbi nədir?

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Dünyanın ən böyük neft istehsalçılarından biri olan İran da Rusiya kimi ciddi yanacaq problemi yaşayır. ABŞ-nin dəniz blokadası Tehrandakı yanacaqdoldurma məntəqələrində uzun növbələrə səbəb olub.

“AzPolitika” xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Məlumata görə, İranda gündəlik 135 milyon litr benzin tələbatının 15 milyon litri çatışmır. Bu, 11%-dən çox çatışmazlıq deməkdir. Qeyd edək ki, Rusiyada vəziyyət daha pisdir. "Rystad Energy" şirkətinin məlumatına görə, emal həcmləri mövsümi normalardan üçdə bir qədər aşağıdır, çünki avqustun əvvəlindən bəri 10-dan çox neft emalı zavoduna hücum edilib, onlardan ən azı beşi fəaliyyətini dayandırıb, bəzi digər zavodlar isə iyun-iyul aylarında Ukraynanın bombardman dalğasından sonra fəaliyyətini bərpa etməyib.

Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına görə, Rusiya iyul ayında OPEC+ kvotasının 9,82 milyon barelinə qarşı gündə 8,76 milyon barel xam neft istehsal edib. Lakin emal gücünün itirilməsi səbəbindən o, təkcə yanacaq ixracını qadağan etməklə kifayətlənməyib, həm də Hindistan, Mərakeş və Türkiyədən yanacaq almağa başlayıb, Belarusdan benzin idxalını isə 25 dəfə artırıb.

İranda da bəzi neft emalı zavodları bu yaz hərbi əməliyyatların əvvəlində İsrail və Amerikanın zərbələri nəticəsində zərər görüb. Bundan əlavə, gündə 2,6 milyon barel xam neft istehsal edən İranın kifayət qədər emal gücü yoxdur. Buna görə də benzinin əhəmiyyətli bir hissəsi idxal olunurdu, lakin ABŞ-nin 14 iyulda yenidən tətbiq etdiyi dəniz blokadası səbəbindən bu, demək olar ki, mümkün deyil.

ABŞ Maliyyə naziri Skott Bessent dünən bildirib ki, İrana qarşı iqtisadi müharibənin bir hissəsi olaraq, Tehrana pul yumağa və ya sanksiyalardan yayınmağa kömək edən təşkilatlar "ABŞ maliyyə sistemindən kəsilə bilər”. Eynilə, Fransa Prezidenti Emmanuel Makron da müttəfiqlərinin Rusiyaya yanacaq tədarükünü dayandırmasını təklif edib.

İranın yanacaq çatışmazlığı həm də benzinin olduqca ucuz qiymətinin dövlət subsidiyalar sistemi hesabına təmin edilməsindən irəli gəlir. FT qeyd edir ki, son aylarda strateji ehtiyatlarını aktiv şəkildə istifadə etməyə məcbur olan İran hökuməti, rialın tarixi minimuma düşməsi və müharibə ilə əlaqəli problemlər səbəbindən həmin subsidiyaları təmin etməkdə çətinlik çəkir.

İran prezidenti Məsud Pezeşkian bundan öncə benzinin bazar qiymətlərindən aşağı satılmasının hökuməti ərzaq və işçilərə dəstək subsidiyaları üçün lazım olan resurslardan məhrum etdiyini bildirmişdi: “Kim deyib ki, hökumət benzini litri 1,3 milyon riala alıb sonra 15.000 riala satmalıdır?".

Lakin benzini ucuz satmağa məcbur olan hökumət onu bahalaşdırmağa da qorxur. Çünki İran hələ də 2019-cu il hadisələrini unutmayıb. O zaman qəfil qiymət artımı böyük şəhərlərdə etirazlara səbəb olmuş və bu aksiyalar ölümlərlə nəticələnmişdi.

C.Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Avqust 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri