İranda daha bir edam hadisəsi
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranda İsrailin "Mossad" kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunan ölkə vətəndaşı barəsində çıxarılmış ölüm hökmü icra edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" "Tasnim" agentliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, edam edilən Ərfan Kiani "Mossad"a işləməkdə, eləcə də bu il ölkədə keçirilən ümummilli etirazlar zamanı vandalizm və zorakılıq aktlarında iştirakda təqsirli bilinib.
İran hakimiyyətinin məlumatına görə, Kianinin İsfahanda yandırma, əmlakın dağıdılması və əhalini təşvişə salmaqda əli olub. O, həmçinin soyuq silahdan istifadədə ittiham olunur.
Məlumata görə, hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib.
Baxış sayı:133
Bu xəbər 25 Aprel 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















