Icma.az
close
up
RU
İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib

İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib

Icma.az bildirir, Sonxeber.az portalına istinadən.

İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib

İranda Tehran Universitetində antropologiya sahəsində magistratura üzrə dissertasiyasını hicabsız müdafiə etmiş tələbə Leyla Hüseynzadə bir il müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, məlumatı "Radio Farda" yayıb.

Bildirilib ki, o, 2023-cü ilin avqustunda elmi işinin müdafiəsi üçün universitetə hakimiyyətin tətbiq etdiyi hicab qaydasını pozaraq gedib.

Leyla Hüseynzadə "İnstaqram" səhifəsində ona qarşı ittiham aktının fotosunu yerləşdirərək yazıb: "İttihamlar və məhkəmə prosesi barədə mənə məlumat verilmədiyi üçün hökmün təfərrüatlarından tamamilə xəbərsizəm". O, bu hökmə etiraz etməyəcəyini bildirib: "Apellyasiya şikayətinə və ya başqa hüquqi münasibətlərə ümidim yoxdur".

Məlumata görə, Tehran Universiteti Sosial Elmlər Fakültəsinin onlarla tələbəsi Leyla Hüseynzadənin müdafiəsi ilə bağlı bəyanat verib. Bundan başqa, onun magistratura işinin müdafiəsində iştirak etdiklərinə görə səkkiz tələbənin təhsil almalarına qadağa qoyulub.

İnformasiyaya əsasən, Tehran Universiteti bəyanat yayaraq Leyla Hüseynzadənin müdafiəsini "qanunsuz" adlandırıb. Bu məsələ ilə əlaqədar iki müəllimin ixtisası "etibarsız" elan edilib.

Qeyd olunub ki, Leyla Hüseynzadəni müdafiə edən tələbələr "qanunsuz və separatçı mitinqdə iştirak etmək" ittihamı ilə intizam komissiyasına çağırılıb və ümumilikdə, 8 semestr təhsildən kənarlaşdırılıblar.

Bildirilib ki, Tehran İnqilab Məhkəməsinin 26-cı Şöbəsinin yaydığı sənəddə tələbə fəal "Tehran Universitetində dini hicabsız oxumaqda" və "sistem əleyhinə təbliğat aparmaqda" ittiham olunur.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 23 Noyabr 2024 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri