Icma.az
close
up
RU
İranda etirazlar nəylə nəticələnəcək?

İranda etirazlar nəylə nəticələnəcək?

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


#İran daxilində etiraz dalğası genişlənərək daha kəskin xarakter almaqdadır. Son məlumata görə, etirazlar artıq 26 əyaləti və 78 şəhəri əhatə edir. Dini lider tərəfindən etirazçıların qiyamçı adlandırılması, onlara qarşı sərt tədbirlər üçün yaşıl işığın yandırılması anlamına gəlir. Müşahidələr göstərir ki, vəziyyət nəzarətdən çıxmaq üzrədir. Hökumətin etiraz edənlərə qarşı sərt güc tətbiq etməsi dalğanı səngitmək əvəzinə, qarşıdurmanın miqyasını daha da artıra bilər.
Qonşuda xaosun olması həm #Azərbaycan, həm də #Qafqaz regionu üçün bir sıra birbaşa və dolayı təhdidlər formalaşdırır:
1. Vəziyyətin gərginləşməsindən istifadə edən bəzi dairələr burada İraq, Suriya ssenarilərini işə sala bilər ki, bu da qonşuda uzunmüddətli qeyri-sabitlik yaradar. Bunun nəticəsində kütləvi şəkildə insanların köçü baş verə bilər. Belə olan halda Azərbaycanın mümkün köç üçün əsas istiqamətlərdən biri olacağı şübhəsizdir. Belə bir köç eyni zamanda müəyyən radikal qüvvələrin sərhədi keçib, Azərbaycan üçün təhdid formalaşdırması ilə nəticələnə bilər. Eyni zamanda Cənubdan gələn soydaşları qəbul etmək mənəvi borc olsa da, bu prosesin özü sosial-iqtisadi infrastrukturumuza ciddi yük formalaşdıracaq.
2. Qonşuda gərginliyin artması regional əhəmiyyət kəsb edən iqtisadi layihələrin reallaşdırılmasına da mənfi təsir edəcək. Ötən ilin sonlarında mətbuata verilən məlumatda qeyd edilirdi ki, "#Şimal-#Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində #Rəşt-#Astara dəmiryolunun tikintisinə 2026-cı ildə başlanacaq. Qonşuda etiraz dalğasının uzun müddət davam etməsi bu layihənin start tarixinin yenidən dəyişməsinə səbəb ola bilər.
3. İran daxilində gərginlik birbaşa #Naxçıvan iqtisadiyyatına mənfi təsir etmək imkanındadır. Belə ki, bu gün Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında ticarət əsasən quru yolu və İran üzərindən həyata keçirilir. Bu yolun qısa müddət belə bağlanması Naxçıvan iqtisadiyyatını itkilərlə üz-üzə qoya bilər. Düzdür, #Türkiyə üzərindən alternativ mövcuddur. Ancaq bu yol uzundur və logistik xərcləri yüksəkdir. #Ermənistan üzərindən, #Zəngəzur dəhlizi ilə gələn yol isə hələ bağlıdır. İndiki məqamda bu yol təhlükəsizlik baxımından alternativ hesab edilmir. Bu yolun ən yaxşı halda 2027-ci ildə açılmasını gözləmək olar.
4. Digər risk isə İran-Azərbaycan sərhədində narkotrafikin artmaq ehtimalıdır. Belə ki, daxildə vəziyyətin gərginləşməsi və onun coğrafiyasının genişlənməsi sərhədin İran istiqamətində nəzarətin zəifləməsi ilə nəticələnə bilər. Belə olan halda qaçaqmalçılar yaranmış vəziyyətdən istifadə etməyə çalışacaqlar ki, bu da Azərbaycan sərhədçilərinin və xüsusi xidmət orqanlarının iş yükünü artıracaq. Belə olan halda onların ayıq-sayıqlığının artırılması vacib olacaq ki, bu da əlavə canlı qüvvə və texniki vasitələrin sərhəddə cəlbi və xərclərin artımı ilə nəticələnəcək.
5. Digər məqam isə azərbaycanlı soydaşların təhlükəsizliyi ilə sıx bağlıdır. Belə ki, uzun müddətdir Urmiya gölünün quruması fonunda bu ərazilərdə sosial-iqtisadi gərginlik müşahidə edilir. Əkin torpaqlarının sıradan çıxması soydaşların İranın iç ərazilərinə köçünü sürətləndirib. Soydaşlardan boşalan əraziləri isə kürdlər ələ keçirir. Xüsusilə Türkiyə ilə sərhəd ərazilərdə PJAK tərəfdarları aktiv şəkildə yerləşməkdədirlər. İran daxilində müşahidə edilən sosial gərginlik nəzarətdən çıxarsa, bu, PJAK-ın baş qaldırmasına səbəb ola bilər. Belə olan halda Cənubi Azərbaycan ərazilərində, çox böyük bir arealda azərbaycanlılar PJAK-ın silahlı təhdidi ilə üz-üzə qala bilər.
Bu gün İran daxilində baş verən proseslər rəsmi #Bakı və #Ankara tərəfindən aktiv şəkildə izlənməli, prosesin istənilən ssenarisinə hazırlıqlı olmaq vacibdir.
Aqil Məmmədov, politoloq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Yanvar 2026 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri