İranda etirazlarla bağlı edam hökmü icra olundu
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
İranda etirazlar zamanı polis məmurunun qətlində təqsirləndirilən şəxs edam edilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Mizan News" qəzeti məlumat yayıb.
Bildirilib ki, məhkəmə sistemi tərəfindən polis məmurunu öldürməkdə təqsirli bilinən etirazçı Fətullah Avari edam olunub.
Mizan News-un məlumatına görə, Avari 2026-cı ilin yanvarında baş verən etirazlar zamanı hüquq-mühafizə orqanı əməkdaşının qətlində ittiham edilib və məhkəmə hökmü icra olunub.
Qeyd olunur ki, onun həbsinin dəqiq tarixi və məhkəmə prosesinin detalları barədə əlavə məlumat açıqlanmayıb.
İran məhkəmə orqanları məsələ ilə bağlı rəsmi açıqlamanı genişləndirməyib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:İranda on nəfərin edam hökmü icra olunacaq
20 Dekabr 2024 10:06
İranda iki məhkumun edam hökmü icra edildi KONKRET
28 İyul 2026 09:11
İranda etirazlarla bağlı polis sərt bəyanat yayıb
03 Yanvar 2026 12:14
İranda dörd gənc barəsində edam hökmü çıxarıldı
05 Avqust 2025 10:47
İranda 7 siyasi məhbusun edam hökmü təsdiqləndi
10 Dekabr 2025 15:00
Baxış sayı:129
Bu xəbər 03 İyun 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















