İranda eybəcər şir heykəli qınağa səbəb oldu
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranın Rəşt şəhərinin meydanlarından birində yeni qoyulan şir heykəli sosial şəbəkə istifadəçilərinin sərt tənqidlərinə səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Media istifadəçiləri şəhər bələdiyyəsi və bələdiyyəyə bağlı Abadlaşdırma Təşkilatını hədəfə alaraq, kəskin qınayıblar.
Sosial mediada yayılan paylaşımlarda istifadəçilər, Rəştin təbii gözəlliyini qorumağı və şəhəri gözəlləşdirmək məqsədilə edilən müdaxilələri dayandırmağı tələb ediblər.
"Rəşti gözəlləşdirmək üçün zəhmət çəkməyin. Rəştin özü gözəldir. Sadəcə heç nə etməyin və xahiş edirik, İranda heykəltəraşlığı ən qısa zamanda dayandırın!" - deyə istifadəçilər paylaşımlarda yazıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 28 İyul 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















