Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

İranda hakimiyyət dəyişə bilər? Mümkün ssenarilər diqqətdə saxlanılır

İranda hakimiyyət dəyişə bilər? Mümkün ssenarilər diqqətdə saxlanılır

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrail-İran münaqişəsinin fonunda diqqət çəkən məqamlardan biri də Təl-Əvivin Tehranda siyasi-ideoloji rejimi dəyişməsi ilə bağlıdır. Belə ki, İsrailin İrana hücum etməsində məqsəd nüvə silahı əldə etməsinin qarşısını almaq olsa da, hədəflərdən biri də sistemin dəyişməsi ilə bağlıdır.

Hətta İsrailin Baş naziri Benyamin Netanyahu İranın Ali Rəhbəri Seyid Əli Xameneinin "toxunulmaz" olmadığını bildirib. Maraqlıdır ki, bu iddianın gündəmə gəlməsi ilə paralel olaraq İranın sonuncu şahı Məhəmmədrza şah Pəhləvinin ABŞ-də yaşayan oğlu Rza Pəhləvi xalqa müraciət edərək rejimin sona çatdığını bəyan edib. O, öz çıxışında İran İslam Respublikasının artıq dağılmaq üzrə olduğunu bildirərək xalqı ayağa qalxmağa çağırıb. Paralel olaraq İranda fəaliyyət göstərən Kürdüstan Azad Həyat Partiyası da İrandakı kürdləri hakimiyyətə qarşı çıxmağa səsləyib. Bəs belə olan halda İranda mövcud teokratik-siyasi sistem dəyişə bilərmi? Həmçinin Rza Pəhləvinin hakimiyyətə gəlməsi nə qədər realdır? Ümumiyyətlə, bu prosesin hansı müsbət və mənfi nəticələri ola bilər?

Mövzunu Oxu.Az-a şərh edən Güney azərbaycanlı hüquqşünas, siyasi şərhçi Çingiz Göytürk bildirib ki, illərdir, İranda vəziyyət hər qarışanda və ya Qərb ilə İran arasındakı gərginlik şiddətlənəndə Rza Pəhləvi və onun bu sahədəki rəqibi İran Xalq Mücahidləri Təşkilatı müəyyən dairələr tərəfindən ortaya atılır və daha sonra heç bir şey olmamış kimi geri çəkilirlər:

"Yəni onlar bir sıra Qərb dairələrinin İran İslam Respublikasına qarşı zaman-zaman istifadə etdiyi təzyiq vasitəsindən başqa bir şey deyil. Hətta onu da ifadə edim ki, Rza Pəhləvi və xüsusən də Xalqın Mücahidlərinin ifa etdikləri bu rol onların ən ciddi gəlir qaynaqlarından birinə çevrilib.

İranın reallıqlarına gəldikdə isə adını çəkdiyimiz bu qüvvələrin və adını çəkmədiyimiz, ancaq eyni paraleldə hərəkət edən bir sıra digər qüvvələrin ciddi bir sosial bazası və nüfuzu yoxdur. Elə məhz ona görə də onların adlarını, sadəcə, gərginlik və xaos dönəmlərində eşidə bilirik".

"Bu gün İran daxilindəki ən ciddi siyasi reallıq bu coğrafiyada fars şovinist dövlət anlayışının hər iki təzahürünə - yəni İslam Respublikası rejimi və onun sələfi pəhləvilərin simasında şahlıq idarəetməsinə - qarşı aparılan amansız mübarizədən ibarətdir. Bu reallığı görə bilməyən və bununla hesablaşmayan hər hansı bir alternativ isə ya ilk başdan məğlubiyyətə məhkumdur, ya da bu coğrafiyada yeni və daha ciddi problemlərin başlanğıcı olacaq.

İslam Respublikası rejiminin süqut etməsi, əlbəttə ki, mümkündür və bu, xarici iradə ilə İran coğrafiyasında yaşayan bütün xalqların ortaq iradəsinin birləşdiyi anda mümkündür. Məhz bu yolla qalıcı sülhə nail olmaq mümkündür", - deyə müsahibimiz diqqətə çatdırıb.

Onun sözlərinə görə, Xalqın Mücahidləri də İran hakimiyyətinə müxalif olan silahlı qruplaşmadır:

"Onlar hətta İran-İraq müharibəsində İraq tərəfindən Tehrana qarşı vuruşub və orada özləri üçün baza da formalaşdırmışdılar. Daha sonra Albaniyada yerləşdilər və orada da tərk-silah edildilər. İndi isə Fransa və başqa ərazilərdə istənilən şəxs və ya dövlət pul qarşılığında İran iqtidarına qarşı onların fəaliyyətlərindən istifadə edə bilir. İran daxilində isə onların bazaları yoxdur. Bu qruplaşmanın lideri Məsud Rəcəbi idi. Deyilənə görə, öldürülüb, amma ölümü gizlədilir. İndi isə xanımı Məryəm Rəcəbi təşkilata rəhbərlik edir".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:317
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 İyun 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri