İranda hakimiyyətinin dinc etirazları zorakılıqla boğmasını qətiyyətlə pisləyirik
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
David Seliverstov: "Hakimiyyət öz xalqına qarşı zorakılığa əl atdığı anda, artıq suveren iradənin daşıyıcısı olmaqdan çıxır"
Son günlər İranda baş verən hadisələr dünyanın əsas diqqət mərkəzinə çevrilib. Xüsusilə, rejimin dinc əhaliyə qarşı silah işlətməsi, yüzlərlə insanı qətlə yetirməsi dünyada böyük əks-səda doğurub. Biz də İranda baş verən hadisələrlə bağlı Magen David Azərbaycan insan hüquqlarımüdafiə mərkəzinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi David Seliverstovla söhbətləşdik.
-Sizcə bu gün İranda nə baş verir və bu baş verənləri necə qiymətləndirmək olar?
-Tarix göstərir ki, heç bir dövlət öz vətəndaşlarına qarşı zorakılığı idarəetmə vasitəsinə çevirdiyi halda, öz taleyini müstəqil və sağlam şəkildə müəyyən edə bilməz. Bir ölkənin taleyi dinc insanların qanı üzərində qurula bilməz. Dövlətin gələcəyi güllə ilə deyil, mənəvi seçimlə, insan ləyaqətinə hörmətlə formalaşır.
Hakimiyyət öz xalqına qarşı zorakılığa əl atdığı anda, artıq suveren iradənin daşıyıcısı olmaqdan çıxır və öz repressiv qərarlarının girovuna çevrilir. Bu mərhələdə ölkənin taleyi yalnız onun öz daxili işi olmur — məsələ beynəlxalq vicdanın, tarixi məsuliyyətin və ümumbəşəri dəyərlərin müstəvisinə keçir.
-Bu gün İranda yaşananlar sadəcə daxili siyasi prosesdirmi, yoxsa daha dərin bir mənəvi və tarixi sınağın təzahürüdür?
-Biz birmənalı və prinsipial mövqedən çıxış edirik: günahsız insanların öldürülməsi nə siyasi sabitlik, nə ideologiya, nə də “dövlət zərurəti” adı altında əsaslandırıla bilməz. Əksinə, dinc vətəndaşlara qarşı zorakılıq hakimiyyətin legitimliyini sarsıdır və dövlətçiliyin mənəvi əsaslarını dağıdır.
Bu baxımdan biz İran İslam Respublikası hakimiyyətinin dinc etirazları zorakılıqla boğmasını, günahsız insanların öldürülməsini və vətəndaşlara qarşı tətbiq edilən istənilən növ fiziki və psixoloji təzyiqi qətiyyətlə və açıq şəkildə pisləyirik. Dinc insan dövlətin düşməni deyil. Vətəndaş hədəf deyil. Etiraz isə cinayət yox, cəmiyyətin öz sözünü demək hüququdur.
Əgər bir dövlət öz xalqının həyatını qoruya bilmirsə və özü təhlükə mənbəyinə çevrilirsə, o zaman taleyini təkbaşına müəyyən etmək üçün mənəvi haqqını itirir. Belə anlarda siyasət deyil, tarixin vicdanı danışmağa başlayır. Xalqların taleyi əmrlərlə həll olunmur.
Onlar həyatla zorakılıq arasında edilən seçimlə müəyyən olunur.
Süleyman İsmayılbəyli
Bu mövzuda digər xəbərlər:İranda balkon etirazları başlayıb
20 İyun 2025 12:31
İranda xalq etirazları genişlənir
31 Dekabr 2025 23:02
ABŞdakı teraktı qətiyyətlə pisləyirik XİN
02 Yanvar 2025 19:04
ABŞdəki hücumu qətiyyətlə pisləyirik XİN
02 Yanvar 2025 19:08
Fələstinlilərin bu ölkələrə köçürülməsini qətiyyətlə pisləyirik Hizbullah
17 Fevral 2025 09:41
Baxış sayı:64
Bu xəbər 13 Yanvar 2026 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















