İranda hantavirusa qarşı sərhəd nəzarəti həyata keçirilir
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində hantavirusa qarşı sərhəd nəzarəti həyata keçirilir.
"Report" xəbər verir ki, bu barədə "Khabar Fouri" agentliyi məlumat yayıb.
"Əhvazdakı Cundişapur Tibb Elmləri Universitetinin səhiyyə üzrə müavini Mehrdad Şərifi bildirib ki, tam və hərtərəfli hazırlıq mövcuddur və xüsusi bir narahatlıq yoxdur", - məlumatda vurğulanıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus İspaniyanın Baş naziri Pedro Sançeslə görüşdən sonra keçirilən mətbuat konfransında bəyan edib ki, "Andes" ştamına aid hantavirusun daha geniş miqyasda yayılmasının başlanmasına dair əlamətlər hələlik müşahidə olunmur.
Bununla yanaşı, İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb.
ÜST-nin məlumatına görə, Azərbaycan hantavirus üzrə endemik bölgə hesab olunmur və ölkə ərazisində yaşayan gəmiricilər arasında bu virusa rast gəlinmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 12 May 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















