İranda “İsa Məsih” TUTULDU
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
İranda özünü “İsa Məsih” adlandıran şəxs saxlanılıb.
Turkustan.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Yəzd əyalətində xristianlığı qəbul edən üç nəfər həbs edilib.
Məlumata görə, saxlanılan şəxslər “ev kilsəsi yaratmaq” və “xristianlığı təbliğ etmək”də ittiham olunurlar.
Yəzd əyalətinin prokuroru Mehdi Həsənpur jurnalistlərə deyib ki, hüquq-mühafizə orqanları özünü əvvəlcə “tanrı tərəfindən seçilmiş”, daha sonra isə “İsa Məsih” kimi təqdim edən təriqət qurucusunu saxlayıblar.
Prokurorun sözlərinə görə, həmin şəxs xurafatdan istifadə edərək qeyri-adi asketik təcrübələri təbliğ edib və tərəfdarlarını öz məqsədləri üçün yönləndirib. O, təriqət üzvlərinin “Quran”ı yandırmaqda, müqəddəs yerləri və din xadimlərini təhqir etməkdə, eləcə də İsrailin İran üzərində qələbəsi üçün dua etməkdə günahlandırıldığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 06 May 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















