Icma.az
close
up
RU
İlk bölgə qəzetimizin yeganə sayı

İlk bölgə qəzetimizin yeganə sayı

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

105 il əvvəl işıq üzü görmüş bu nəşr günümüzə “Şəfəq” adı ilə çatıb 

Azərbaycan Xalq Cümhuriyyətini varlığına son qoymuş  bolşeviklər milli yaddaşı unutdurmaq üçün ideoloji təbliğata xüsusi önəm verirdilər. Bu niyyətlə nəinki paytaxt Bakıda, bölgələrdə də yeni qəzetlərin nəşr olunmasına və geniş yayılmasına çalışırdılar. 1921-ci ilin aprelindən başlayaraq Qubada  “Əxbari” adlı qəzet işıq üzü görüb. Bu nəşr Azərbaycanda ilk bölgə qəzeti sayılır.

 “Əxbari” bir müddət “Yeni dirilik” və “Kollektivləşmmə yolu”, sonra isə uzun illər “Şəfəq” və “Qızıl Quba”, nəhayət, 1995-ci ildən “Şəfəq” adı ilə nəşr olunub. Araşdırmalara görə, “Şəfəq”in sələfi sayılan “Əxbari”nin (ərəb dilindən tərcüməsi “Xəbərlər” deməkdir) 16 nömrəsi dərc olunub.

“Şəfəq”in baş redaktoru, Əməkdar jurnalist Qəhrəman Qasımov qeyd etdi ki, qəzetin əməkdaşları mətbuat tariximizin araşdırmaçıları ilə birlikdə xeyli vaxtdır “Əxbari”nin hər hansı bir sayının arxivlərdən aşkar edilməsi üçün ciddi səy göstərirdilər. Tanınmış qubalı jurnalist Qvami Məhəbbətoğlu da bu istiqamətdə könüllü olaraq çox çalışıb. Nəhayət, səylər öz bəhrəsini verib. Belə ki, bu yaxınlarda “Əxbari”inin 16-cı sayını əldə etmək mümkün olub.  

Məlumat üçün bildirək ki, “Əxbari”nin 105 il əvvəl Qubadakı yerli mətbəədə əski əlifba ilə nəşr olunan həmin nömrəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində aşkar edilib. Axtarışların uğurla başa çatdırılmasına M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları da yardımçı olublar. Qəhrəman müəllim adları çəkilən hər iki təşkilatın rəhbərliyinə və əməkdaşlarına dərin minnətdarlığını bildirərək dedi:

– “Əxbari”nin 16-cı sayı əldə edildikdən sonra media və sosial şəbəkələr vasitəsilə ictimaiyyətə bu barədə ətraflı məlumatlar verilir. Mətbuat araşdırmaçıları bu istiqamətdə işləri davam etdirirlər.  

Yeri gəlmişkən, “Azərbaycan Sovet Ensiklopediyası”nın 1980-ci ildə nəşr olunan 4-cü cildində “Əxbari”nin cəmi 16 sayının nəşr olunduğu qeyd edilib. Tarixi mənbələrdə həmçinin bildirilir ki, qəzet  ilk dəfə 1921-ci il aprelin 25-də Quba Qəzasının İnqilab Komitəsinin orqanı olaraq geniş oxucu kütləsinin görüşünə gəlib.

“Əxbari”nin ilk müxbirlərindən biri Qubanın Xaltan kənd sakini Mütəllib Əfəndiyev olub. Mütəllib kişi həyatda uzun ömür yaşayıb. Onun 1980-ci illərdə “Şəfəq”də dərc olunan xatirələrində bildirilir ki, ilk bölgə qəzetinin fəaliyyətə başlaması münasibətilə həmin ərəfədə Quba şəhərindəki fəhlə-kəndli klubunda geniş yığıncaq keçirilib. Toplantıda qəzetin redaktoru vəzifəsinə Quba Qəza Partiya Komitəsinin təbliğat şöbəsinin müdiri Hüseynağa Məmmədbəyli seçilib. Məsul katibin vəzifə səlahiyyətlərini Əsgər Fərəczadə öz üzərinə götürüb. Mütəllib Əfəndiyevin sözlərinə görə, yeni qəzetə ad verilməsi də geniş müzakirələrə səbəb olub. Bir çox təkliflər irəli sürülüb, nəhayət, yeni qəzeti “Əxbari” adlandırmaq qərarına gəlinib.

Bəzi mənbələrdə “Şəfəq”in sələfinin adı səhv olaraq “Əxbari” əvəzinə “Əxbar” kimi qeyd olunur. Qəhrəman Qasımov sonra bildirdi ki, qəzetin 16-cı sayı 1922-ci il oktyabrın 30-da işıq üzü görüb. Həmin nəşr 4 səhifədən ibarətdir. “Əxbari”nin loqotipinin sol tərəfində “Kəndli-fəhlə həyatına dair məqalələr məmnuniyyətlə qəbul olunur”, sağ tərəfində isə “Quba Qəza İcraiyyə və Firqə Komitələri” sözləri yazılıb.

“Əxbari”nin həmin nömrəsinin birinci səhifəsindəki ilk məqalə Qubada meyvəçiliyin inkişafına həsr edilib. Yazı bu sözlərlə başlayır: “Quba qəzasının təbii sərvətləri içərisində meyvəçilik 1-ci yerdədir. Belə ki, əhalinin çoxu əsasən alma bağları becərməklə məşğul olur. Məhsulun xeyli hissəsi Rusiya şəhərlərinə göndərilir”.

Qəzetin 2-ci səhifəsində “Firqə xəbərləri”, “Teleqraf xəbərləri”, 3-cü səhifəndə “Çıxarılan qərarlar”, “Firqə həyatı”, 4-cü səhifədə isə “Quba xəbərləri”, “Gənclər sütunu” və sair rubrikalar altında müxtəlif səpkili materiallar yer alıb. Məsələn, “Quba xəbərləri” rubrikası ilə 12 xəbər (“İcraiyyə komitəsində”, “Quba maarif işləri”, “18 milyard pul”, “Təlim işləri”, “Kitabxana üçün kitablar”, “İkinci dərəcəli məktəb”, “Sənət məktəbi”, “Məktəblərin təmiri”, “Quba mətbəəsi”, “Təbliğat və nəşriyyat”, “Təlim əşyaları mağazası”, “Təlim işləri” və s. informasiyalar yer alıb.

Bakı Dövlət Universitetinin milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli “Əxbari”nin 16-cı nüsxəsinin tapılması faktını yüksək dəyərləndirib. Onun fikrincə, mətbuatımızın keçmişinə işıq salan hər bir fakt o dövrün reallıqlarını dərindən araşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir və istiqamətdə səyləri bundan sonra da davam etdirmək vacibdir.

Məsaim ABDULLAYEV 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Noyabr 2026 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri