İranda “Mossad“a casusluqda təqsirləndirilən iki nəfər edam olunub
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
İranda İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda təqsirləndirilən Əmid Behzad və Puriya Səfut barəsində çıxarılmış edam hökmü icra edilib.
Moderator.az xəbər verir ki, bu məlumatı İranın "Mizan" agentliyi yayıb.
İran tərəfinin iddiasına görə, məhkumlar öz kuratorlarına ölkə ərazisindəki hərbi və təhlükəsizlik obyektlərinin koordinatlarını, fotolarını və məlumatlarını ötürüblər.
Məlumata əsasən, Ə.Behzadın mobil telefonuna baxış keçirilərkən istintaq orqanları onun mütəmadi olaraq polis, hərbi və təhlükəsizlik obyektlərinin dislokasiyası haqqında məlumatlar yaydığını aşkar edib. Hökumətin məlumatına görə, P.Səfut isə hərbi obyektlərin yerləşdiyi koordinatları və digər informasiyaları İrana müxalif olan "Iran International" televiziya kanalına göndərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 03 Avqust 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















