Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

İranda prezident və ali lider qarşıdurması

İranda prezident və ali lider qarşıdurması

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


PEZEŞKİAN BU ŞƏXSİN TALEYİNİ YAŞAYA BİLƏR İRANDA PREZİDENT - ALİ LİDER QARŞIDURMASI GÜCLƏNİR İranda mövcud olan idarəçilik sistemi zaman - zaman siyasi qarşıdurmaların yaranmasına səbəb olub. Ölkədə siyasi idarəetmə prezident və onun başçılıq etdiyi hökumətin əlində olsa da nəzarət funksiyası dövlətin ali vəzifəli şəxsi olan dini liderin əlində cəmləşir. Bu isə zaman - zaman tərəflər arasında siyasi toqquşmaya gətirib çıxarır. Ali dini lider və prezident arasında ilk toqquşma İslam inqilabının 2 - ci ilində yaşanıb. 1980 - cı ildə İran İslam Respublikasının prezidenti vəzifəsinə seçilmiş Əbülhəsən Bənisədrin din xadimlərinə dövlət işlərində yer verməməsi ciddi narazılıq yaradır. Ali dini lider Ayətullah Ruhullah Xomeyni din xadimlərinin dövlət idarəçiliyində aktiv rol oynamasını istəsə də prezident buna qarşı çıxırdı. Baş verənlər Bənisədrin vəzifəsindən uzaqlaşdırılması və ölkədən qaçması ilə nəticələndi. İranda 44 il sonra yenidən ali dini liderlə prezident arasında qarşıdurma yaşanır. Mühafizəkar qrupun dəstəyi ilə ölkə parlamenti bir neçə gün əvvəl İqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himmətiyə etimadsızlıq göstərərək onu vəzifəsindən azad etdi. Bundan sonra Pezeşkian hökumətinin əsas fiqurlarından hesab edilən vitse - prezident Məhəmməd Cavad Zərif də istefa verdiyini açıqladı. Zərifin istefası ölkə siyasi həyatında ciddi qarşıdurmanın olduğunu göstərir. Pezeşkianın xarici siyasətində əsas hədəf Qərblə nüvə problemi məsələsində razılığa gəlmək və Donald Trampın İrana qarşı mövqeyini yumşaltmaqdır. Bu məqsədlə də Qərblə əlaqələri güclü olan, ABŞ təhsilli Məhəmməd Cavad Zərif vitse - prezident təyin edilmişdi. Ancaq Zərif islahatçı qanadın lideridir. Nəzərə alaq ki, mühafizəkarlar da ölkə siyasətində aparıcı mövqeyə sahibdir. Parlamentdə çoxluq məhz mühafizəkarların əlindədir. Bu baxımdan Məhəmməd Cavad Zərif daha güclü addımların atılmasını istəsə belə Pezeşkian balansı qorumağa qməcburdur. Pezeşkian hakimiyyətinin 1 ilini tamamlamış bu Zərifin 2 - ci istefasıdır. Məhəmməd Cavad Zərif 2024 - ci ilin avqustunda da istefa vermişdi. Ancaq prezident onu geri gətirə bilmişdi. Son baş verənlər göstərir ki, Pezeşkian Zərifi öz komandasında çox saxlaya bilməyəcək. Onlar xarici siyasətdə müttəfiq olsalarda daxili siyasətlə bağlı kifayət qədər fikir ayrılıqları var. Hərçənd, Pezeşkian özü də son zamanlar ali rəhbərliyə qarşı çıxışlar edir. İran prezidenti bir neçə gün əvvəl verdiyi açıqlamada özünün ABŞ - a dialoq tərəfdarı olduğunu, ancaq ali dini liderin buna mane olduğunu bildirib. Prezidentinin bu çıxışı gözlənilməz olub və müxtəlif cür dəyərləndirilə bilər. İlk növbədə ola bilsin ki, həqiqətəndə Pezeşkian ABŞ ilə danışıqlara başlamaq istəyir, ancaq Xamenei buna mane olur. Nəzərə alaq ki, ali dini liderin ən yaxın adamı olan general Qasım Süleymani məhz Donald Trampın dövründə öldürülüb. Bu baxımdan Trampa qarşı Iran mühafizəkarlarının, həmçinin ali dini liderin də münasibəti bir o qədər də yaxşı deyil. İkincisi Pezeşkian yaxın adamlarının vəzifədən uzaqlaşdırılmasının etirazını məhz bu cür bildirir. Xameneiyə demək istəyir ki, sizin daxildə mənə mane olmağınız mənim xarici siyasətdə əl - qolumu bağlayır. Üçüncü variant isə baş verənlərin sadəcə ABŞ rəhbərliyinə göstərmək üçün bir oyun olduğudur. Son hadisələr ABŞ ilə danışıqlarda Pezeşkianın əlini gücləndirə bilər. İran prezidentinin ölkə daxilində bu şəkildə narazılıq şəraitində danışıqlara getməsi əslində İranın çox xeyrinədir. Ehtimal ki, Xameneinin istədiyi Trampın İran prezidentindən çox güzəşt tələb etməməsidir. Bu baxımdan ölkədə ona qarşı ölkədə çox güclü müqavimətin olduğu görüntüsünü yaratmağa çalışır. Düzdür, baş verənlər prezidentin ölkə daxilində mühafizəkarlara qarşı gücünü zəiflətsə də danışıqlar masasında gücünə güc qatır, rahat bazarlıq aparmasına şərait yaradır. Baş verən hadisələr İran daxilində ciddi siyasi qarşıdurmanın olduğunu göstərir. Şübhəsiz ki, bu siyasi böhran ABŞ - İran danışıqlarında da yan keçməyəcək.
Zeynal Əmrəliyev, politoloq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Mart 2025 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see603

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see341

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see286

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see275

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see273

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see266

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see258

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see250

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see243

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see239

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see224

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see220

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see219

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see215

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see212

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see210

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see197

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see187

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri