İranda qadınlar gələn aydan motosiklet sürə biləcəklər
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Bu ilin avqustundan İranda qadınlara motosiklet idarə etmək üçün sürücülük vəsiqəsi veriləcək.
"Report" İRNA-ya istinadən xəbər verir ki, bunu Qadın və ailə məsələləri üzrə vitse-prezident Zəhra Behruz Azər bildirib.
O, qadınlara motosiklet sürücülük vəsiqəsinin verilməsinə heç bir dini, hüquqi və ya qanunvericilik məhdudiyyətinin olmadığını vurğulayaraq deyib: "Son məlumatlara əsasən, ümid edirik ki, qadınlara motosiklet sürücülük vəsiqəsinin verilməsi avqustda başlayacaq".
Behruz Azər qeyd edib ki, hazırda İranda pilot və ya ağır texnika sürücüsü kimi çalışan qadınlar var, motosikletlər isə hamının istifadə etdiyi nəqliyyat vasitəsidir.
Xatırladaq ki, İranda qadınların motosiklet sürməsi qadağan idi.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 21 İyul 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















