Icma.az
close
up
RU
İranda silah qaçaqmalçılığı və “Mossad” bazaları: İraq və Əfqanıstan yolları

İranda silah qaçaqmalçılığı və “Mossad” bazaları: İraq və Əfqanıstan yolları

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Mossad”ın İranda fəaliyyətinin miqyası çox böyük olub. 

Yayılan xəbərlərə görə, İsrail tərəfi bu fəaliyyətlə nəinki son dərəcə məxfi məlumatlar əldə edib, eyni zamanda ildırımsürətli hücum üçün İran ərazisində həm silahlar yerləşdirib, həm də istehsal bazaları yaradıb.

İsrail tərəfi bunun üçün uzun zaman hazırlaşıb. Bu zaman İsrailin köməyinə isə yerli agentlər şəbəkəsi çatıb. Kommersiya məqsədili yük daşımaları adı altında İsrail İraq ərazisindən xeyli silah-sursat keçirməyi bacarıb. 

Bununla yanaşı, ayrı-ayrı şəxslərin sərnişin baqajına daxil olan mürəkkəb qaçaqmalçılıq üsullarından da istifadə edilib. Daşınan yüklərin həcmi o qədər böyük olub ki, hətta tədricən İrana pilotsuz təyyarələr və raket komponentləri də keçirməyə nail olunub.

Qaçaqmal yolu ilə gətirilən komponentlər sırasında müxtəlif elektron qoruyucular, qabaqcıl texnologiyaya məxsus optik kameralar, litium batareyaları, GPS yönləndirmə sistemləri və s. olub.

Qeyd edək ki, İran, İraq, Əfqanıstan və Pakistan arasında qaçaqmalçılıq yolu ilə yüklərin daşınması ciddi problem olaraq qalır. Rüşvət verməklə qonşu ölkələrdən İrana və ya İrandan xarici ölkələrə gömrük nəzarətindən kənar  müxtəlif mallar daşımaq mümkündür. Belə yüklər avtomobillə, yüksək dağlıq ərazilərdə isə heyvanlardan istifadə etməklə daşınır. 

Görünür, İsrail xüsusi xidmət orqanları da bu boşluqdan faydalana bilib. Aparılan araşdırmalar göstərir ki, sərhəddə qaçaqmalçılıq hallarının baş verməsinə İran hakimiyyəti özü də göz yumur. Buna səbəb sanksiyalar altında olan İran rejiminin qeyri-leqal yollarla gəlir əldə etmək istəyidir. 

Əfqanıstandan Yaxın Şərqə qaçaqmalçılıq yolu ilə narkotranzit rolu oynayan İran bu qanunsuz biznesdən külli miqdarda gəlir əldə edir. Həmin gəlirlər isə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)  və İranın dəstəklədiyi proksi qüvvələrin 

maliyyələşdirilməsinə yönəldilir. Bundan başqa, qaçaqmalçılıq yolu ilə İrana bağlı proksilərə silah daşınır. Sanksiyalara məruz qalan İran qaçaqmalçılıq yolu ilə xarici ölkələrə neft və benzin satılmasına şərait yaradır. Bütün bunlar isə sonda İranın təhlükəsizliyini sual altına qoyub.
Qaçaqmalçılıq yolu ilə sərhəddən keçirilən bütün komponentlər “Mossad”ın əvvəlcədən planlaşdırdığı bazalarda yerləşdirilib. Bu bazalar isə İranın müxtəlif ərazilərində təşkil olunub. Bəzi məlumatlara görə, eyni üsul Əfqanıstan vasitəsi ilə də həyata keçirilib.

“Cebheinfo.az”

Açar sözlər: İran “Mossad” İraq Əfqanıstan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 İyun 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see170

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see148

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see141

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see133

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see132

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see129

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri