İranda uçuşlarda qadağa
Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranda yüngül mühərrikli təyyarələr və Pilotsuz Uçuş Aparatlarının (PUA) uçuşuna qadağa tətbiq olunub.
Missiya.Az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
Bildirilib ki, İranda İslam İnqilabının qələbəsinin ildönümü günü ilə əlaqədar istənilən təlim və əyləncə məqsədli yüngül mühərrikli təyyarələr və PUA-ların ölkənin müxtəlif bölgələri, xüsusilə də Tehran şəhərində uçuşu qadağandır. Qadağanı pozanlar məsuliyyətə cəlb olunacaq.
Qeyd edək ki, İranda bu gün İslam İnqilabının qələbəsinin 46-cı illiyi qeyd edilir və bununla əlaqədar müxtəlif tədbirlər təşkil olunur.
Zərintac Mayisqızı
Missiya.Az
Baxış sayı:117
Bu xəbər 10 Fevral 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















