Icma.az
close
up
RU
İranda post Xamenei dövrü uğrunda şiddətli mübarizə Ayətullahı güllələdilər...

İranda post Xamenei dövrü uğrunda şiddətli mübarizə Ayətullahı güllələdilər...

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranda son günlərdə siyasi vəziyyətin gərginləşməsi və radikal media qurumlarının Prezident Məsud Pezeşkiana qarşı kampaniyaya başlaması, həmçinin tanınmış din xadiminin müəmmalı ölümü ölkədə ciddi daxili çəkişmələrin getdiyini göstərir. Prezident seçkilərindən sonra siyasi elita daxilində aydın şəkildə parçalanma müşahidə olunur.

Yaxın Şərq üzrə ekspert Pərviz Əliyev hesab edir ki, bu proseslər post-Xamenei dövrünə hazırlıq fonunda baş verir və artıq real qarşıdurma mərhələsinə qədəm qoyulub.

Ekspert bildirir ki, son bir həftədir İranın daxilində gərgin bir ab-hava hökm sürür. Onun sözlərinə görə, 12 günlük savaşdan sonra İran siyasi elitasında parçalanma o qədər su üzünə çıxıb ki, artıq tərəflər qan axıtma nöqtəsinə çatıblar.

Əliyev vurğulayıb ki, xüsusilə Rəfsəncani klanı, başda Həsən Ruhani ilə Həsən Xomeyni olmaqla, Qum şəhərinə səfər edərək bir sıra ayətullahlarla görüşüblər. Bu xəbərin mediada yayımlanmasından dərhal sonra İranın Qum şəhərində yerləşən və birbaşa Xameneiyə bağlı olan “Keyhan” qəzeti Prezident Məsud Pezeşkianı satqınlıqda və ölkəni ABŞ və İsrailin təsirinə verməkdə ittiham edib.

Ekspert qeyd edir ki, qəzet eyni zamanda Pezeşkianın Azərbaycan səfərinə toxunaraq onu Prezident İlham Əliyevdən guya İsrailin Azərbaycandakı bazalarının çıxarılmasını tələb etmədiyi üçün günahlandırıb. Maraqlı məqam ondan ibarətdir ki, bu kampaniya məhz Ruhaninin Qum şəhərinə səfərindən bir gün sonra başlayıb. P.Əliyev hesab edir ki, bu, Xameneinin Ruhaninin son addımlarından ciddi şəkildə narazı olduğunu və onu dolayısı ilə “xəyanətdə” ittiham etdiyini göstərir.

Ekspert əlavə edir ki, Ruhani gözləmə mövqeyi tutduğu bir vaxtda Xamenei hücuma keçib. Onun sözlərinə görə, ilk olaraq SEPAH qanadının Rusiya ilə Xəzərdə birgə hərbi təlimlərə başlaması xəbəri yayıldı və bu xəbər, xüsusilə radikal qanada bağlı olan “Təsnim” agentliyi tərəfindən Azərbaycanı təhdid edən üslubla tirajlandı.

Pərviz Əliyev qeyd edir ki, bunun ardınca İranın ən dərin siyasətçilərindən sayılan və qədim Ləricani ailəsinin üzvü olan, Xameneinin sağ əli Əli Ləricani ilə Vladimir Putinin görüşü baş tutdu. Eyni zamanda İran Müdafiə nazirinin Rusiya Müdafiə naziri ilə danışıqları da Tehrandakı radikal dairələrin təkcə bölgə ölkələrinə deyil, ABŞ-yə də mesaj verdiyini göstərir.

Ekspert vurğulayır ki, bu proses eyni zamanda Putin üçün Azərbaycana “sənin yanında Türkiyə varsa, mənim yanımda da İran var” mesajı verməyə imkan yaradır.

Pərviz Əliyev bildirib ki, İranın siyasi və dini dairələrini sarsıdan əsas hadisə isə Tehranın nüfuzlu Ekspertlər Məclisinin nümayəndəsi Ayətullah Nəimabadinin şəxsi iqamətgahında güllələnmiş vəziyyətdə tapılmasıdır. Ekspert qeyd edib ki, İran dövlət mediasının ilkin məlumatına görə, insident qeyri-müəyyən şəraitdə baş verib, hadisənin məqsədli sui-qəsd, yoxsa şəxsi insident olub-olmadığı araşdırılır.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb və digər din xadimlərinin də təhlükəsizliyi artırılıb. Hələlik heç bir rəsmi orqan açıqlama verməyib, məsuliyyəti isə heç bir qrup öz üzərinə götürməyib.

Əliyev fikrini belə tamamlayıb: “Yuxarıda dediyim kimi, Xameneinin taxtı uğrunda qan axıtma mövsümü açıldı...”

Rasim Əliyev

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 İyul 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see380

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see245

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see237

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see231

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see221

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see219

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see208

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see197

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see196

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see194

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see193

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see192

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see191

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see189

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see189

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see186

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see185

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see183

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see179

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri