İranda yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranın qərbində yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb.
Bu barədə İranın IRIB dövlət teleradio şirkəti məlumat yayıb.
Məlumata görə, partlayış Sənəndəc şəhərinin girişində baş verən yol-nəqliyyat hadisəsindən sonra qeydə alınıb.
Hazırda fövqəladə xidmətlər ərazidə xilasetmə işləri aparır və yanacağın dağılmasının fəsadlarını aradan qaldırırlar.
İlkin məlumata görə, Həmədan-Sənəndəc magistralı ilə hərəkət edən yanacaqdaşıyan avtomobilin qəzaya uğramasına əyləc sistemində yaranan texniki nasazlıq səbəb olub.
Hadisə nəticəsində, həmçinin 6 nəfərin xəsarət aldığı qeyd olunub.
Bu mövzuda digər xəbərlər:Nigeriyada yanacaqdaşıyan sisternin partlaması nəticəsində 70 nəfər ölüb AZƏRTAC
19 Yanvar 2025 00:42
İranda sərnişin avtobusu yanacaq daşıyan maşınla toqquşub, 9 nəfər ölüb
23 Dekabr 2024 13:57
İranda avtobus qəzasında 10 nəfər ölüb VİDEO
21 Dekabr 2024 15:45
İranda qaz partlayışı nəticəsində yeddi nəfər ölüb
17 Sentyabr 2025 11:44
İranda 600 nəfər ölüb
18 İyun 2025 10:25
Baxış sayı:131
Bu xəbər 05 Sentyabr 2026 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















