İrandan Azərbaycana 20 nəfərə yaxın Ukrayna vətəndaşı təxliyə olunub FOTO
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün səhər saatlarından 20 nəfərə yaxın Ukrayna vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, təxliyə qarşılıqlı razılaşmaya əsasən həyata keçirilir. "Astara" dövlət sərhədinin buraxılış məntəqəsindən keçən əcnəbi vətəndaşlar sərhədçilərin müşayiəti ilə qarşılanır.
Hər bir əcnəbi çay süfrəsinə dəvət olunur və zərurət olarsa hazır vəziyyətdə gözləyən həkim briqadası tərəfindən ilkin yardım göstərilir.
Səhər saatlarından etibarən kiçik qruplar halında əslən İrandan olan ABŞ və digər ölkə vətəndaşları, eləcə də 20-ə yaxın Ukrayna vətəndaşı da təxliyə üçün buraxılış məntəqəsinə daxil olublar.
Onların bildirdiyinə görə, səhər olmasına baxmayaraq, İran tərəfdə hələ ki, keçidi gözləyən insanlar çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 24 İyun 2025 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















