Icma.az
close
up
RU
İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi İki problem var

İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi İki problem var

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Son illərdə Cənubi Qafqaz və Yaxın Şərq regionlarında nəqliyyat və tranzit dəhlizləri üzrə əməkdaşlıq təşəbbüsləri artır. İranın Yol və Şəhərsalma Nazirliyinin müşaviri Əmin Tərəffonun İran–Gürcüstan–Azərbaycan tranzit dəhlizinin yaradılması təklifi bu istiqamətdə xüsusi diqqət çəkir.

Təklif olunan dəhliz, Şərq–Qərb və Şimal–Cənub istiqamətlərində mövcud nəqliyyat marşrutlarını tamamlayaraq regionda yükdaşımaların daha səmərəli təşkili üçün əlavə imkanlar yarada bilər. Lakin bu təşəbbüsün reallaşma ehtimalı və mümkün təsirləri ilə bağlı müəyyən suallar mövcuddur.

İran–Gürcüstan–Azərbaycan tranzit dəhlizi təşəbbüsü regional əməkdaşlıq baxımından nə dərəcədə realist və effektiv görünür? Bu dəhlizin yaradılması Azərbaycanın geosiyasi mövqeyinə və nəqliyyat-logistika imkanlarına hansı üstünlükləri qazandıra bilər?

Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, İranın hazırkı hökuməti ölkəni Qərbin izolyasiyasından çıxmasını istəyir:

“Bu istiqamətdə bir neçə variant nəzərdən keçirilir. Onlardan biri də İranın cənub limanlarından Ermənistana, oradan isə Gürcüstana və Qara dənizə çıxışı nəzərdə tutan layihədir. Bu layihə əhəmiyyətli və ciddi olsa da, reallaşması çox çətindir. Hər şeydən öncə məsafə çox uzundur və coğrafi şərait də mürəkkəbdir. Nəticə olaraq layihənin reallaşması üçün böyük miqdarda vəsait tələb olunur. Nə Gürcüstan, nə Ermənistan, nə də İran bu xərci qarşılamaq istəmir. Belə olan təqdirdə proses uzanır və arzulanan plan reallaşmır”.


Vaqif Hüseyn

Politoloq bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycan geoiqtisadi layihələrin ərsəyə gəlməsində böyük təcrübəyə sahibdir:

“İranın təklif etdiyi layihənin Azərbaycandan keçməsi mümkündür. Çünki rəsmi Bakı onu reallaşdırmaq üçün infrastruktur imkanlarına malikdir. Yəni bu, həm xərclərin, həm də məsafənin azalması deməkdir.

Azərbaycan layihənin reallaşması üçün özü də maliyyə təklifi verir. Yəni İrəvan kimi Tehranın layihəni reallaşdırdıqdan sonra ondan faydalanmaq gözləntisi yoxdur. Bakı hər mənada əməkdaşlığa razıdır. İranın Yol və Şəhərsalma Nazirliyinin müşaviri Əmin Tərəffonun TRACECA çərçivəsində irəli sürdüyü İran–Gürcüstan–Azərbaycan tranzit dəhlizinin yaradılması təklifi bu baxımdan təəccüblü deyil.”

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 May 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri