Icma.az
close
up
RU
İrandan böyük həcmdə kriptovalyuta axını başlayıb

İrandan böyük həcmdə kriptovalyuta axını başlayıb

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


İranda hərbi əməliyyatların başlanmasından sonra ölkənin ən böyük kriptovalyuta birjalarından birindən milyonlarla dollar dəyərində rəqəmsal aktivlərin kütləvi şəkildə çıxarıldığı bildirilir.
Yeniavaz.com
“Elliptic and Chainalysis” şirkətinin məlumatına istinadən xəbər verir ki, 28 fevral 2026-cı ildə hərbi əməliyyatlar başladıqdan dərhal sonra İranın aparıcı kripto birjalarından biri olan “Nobitex” platformasından vəsaitlərin çıxarılması kəskin artıb. Cəmi bir neçə dəqiqə ərzində vəsait axını əvvəlki göstəricilərlə müqayisədə təxminən 700 faiz yüksəlib.
Məlumata əsasən, yalnız hücumlardan sonrakı ilk saatlarda birjadan çıxarılan vəsaitlərin həcmi 2 milyon dolları keçib. Martın 2-dək isə ümumi çıxarılan rəqəmsal aktivlərin dəyəri 10,3 milyon dollara çatıb.
Ekspertlərin fikrincə, bu dinamika ölkədə kapitalın kütləvi şəkildə xaricə yönəlməsinin əlamətidir. Onların sözlərinə görə, bir çox İran vətəndaşı əmanətlərini milli valyutanın – rialın mümkün dəyər itkisindən və siyasi qeyri-müəyyənlikdən qorumaq üçün kriptovalyutaya yönəlir.
Analitiklər hesab edir ki, mövcud vəziyyətdə kriptovalyuta İran əhalisi üçün alternativ maliyyə vasitəsinə çevrilir. Rəqəmsal aktivlər insanlara həm ənənəvi bank sistemindən, həm də beynəlxalq sanksiyaların yaratdığı məhdudiyyətlərdən qismən yan keçməyə imkan verir.
Onu da qeyd edək ki, bu statistikaya yalnız kripto birjalarından axınlar daxildir, çünki P2P əməliyyatlarını dəqiq qeyd etmək faktiki olaraq mümkün deyil.
Məlumat üçün bildirək ki, P2P əməliyyatı (Peer-to-Peer) iki istifadəçi arasında birbaşa aparılan maliyyə və ya kriptovalyuta köçürməsidir. Bu zaman əməliyyat bank və ya böyük mərkəzləşdirilmiş vasitəçi olmadan həyata keçirilir. Bu cür əməliyyatlar İran kimi sanksiya və maliyyə nəzarətinin güclü olduğu ölkələrdə geniş yayılıb.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 05 Mart 2026 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see327

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see298

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see292

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see280

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see264

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see253

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see250

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see249

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see247

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see243

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see232

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see231

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see223

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see219

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see218

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see212

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see207

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see205

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see183

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri