İanə toplamaq qadağası kimlərə aiddir? Ekspertdən açıqlama KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, ötən gün dövlət qurumlarının və vəzifəli şəxslərin ianə qəbul etməsi ilə bağlı yeni məhdudiyyətlərin tətbiqi təklif olunub. Yeni qaydalara əsasən, vəzifəli şəxslər qurumun fəaliyyəti ilə əlaqədar fiziki və hüquqi şəxslərdən ianə istəyə və ya tələb edə bilməyəcəklər.
Maraqlıdır, bəs bu məhdudiyyətlər kimlərə şamil olunacaq və hansı hallarda ianə qəbuluna icazə veriləcək? İanə qəbulunda şərtlər necə olacaq?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı News24.az-a açıqlama verın hüquqşunas Ramil Osmanlı qeyd edib ki, vətəndaşların hər hansı məqsədlə, o cümlədən sosial kampaniyalar təşkil etməklə ianə toplaması ilə bağlı qanunvericilikdə qadağa yoxdur: “Lakin burada əsas məsələ ondan ibarətdir ki, vətəndaş ianə kampaniyası keçirərkən həmin şəxsin xəstəliyini təsdiq edən sənədləri mütləq təqdim etməlidir. Eyni zamanda, kampaniya başa çatdıqdan sonra toplanan vəsaitlə bağlı hesabat verməli və bu hesabat ictimaiyyət üçün açıq olmalıdır.
Digər tərəfdən, vətəndaşların göndərdiyi pullar fiziki şəxslərin bank kartlarına və ya hesablarına köçürüldüyü halda, hüquq-mühafizə orqanları, o cümlədən Dövlət Vergi Xidməti tərəfindən müvafiq araşdırmaların başlanılması mümkündür. Şəxs bu vəsaitlərin hansı məqsədlə toplandığını izah etməli və müvafiq hesabat təqdim etməlidir”.
Hüquqşunas bildirib ki, ianələrin toplanması əsasən xeyriyyəçilik məqsədi daşıyan qeyri-hökumət təşkilatlarının, fondların və bu sahədə xüsusi səlahiyyətə malik qurumların fəaliyyətinə aiddir: “Bununla bağlı Nazirlər Kabineti tərəfindən müəyyən qaydalar təsdiq edilib.
Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının ianə verməsi ilə bağlı məlumatların təqdim edilməsi qaydaları da mövcuddur. Həmin qaydalara mütləq riayət edilməlidir. Qeyri-hökumət təşkilatları və fondlar ianələri nağd şəkildə deyil, yalnız bank hesabları vasitəsilə qəbul edə bilərlər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 30 Oktyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















